Yuxarı

Yoxa çıxan Röyanın səsi çıxdı: "Bundan sonra..."

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoxa çıxan Röyanın səsi çıxdı: "Bundan sonra..."

Bir neçə gündür ölkədən qaçdığı deyilən müğənni Röya nəhayət ki, haqqında yazılanlara münasibət bildirib.

Ölkə.az xəbər verir ki, sənətçi bu barədə "Instagram" hesabında belə yazıb:

"Buradan hər kəsə səslənirəm. Gedin, öz vedrənizə sahib olun. "Sən kim idin ay Röya" deyənlərə səslənirəm. Röya məgər insan deyildi? Yoxsa dilənirdi adam etdiniz? Yoxsa bədənini satırdı, düz yola gətirdiniz? Mərdi qova-qova namərd edənlər, siz məni gözdən sala bilməzsiniz, çünki məni Allah qaldırdı. Hər kim oldumsa, mənim həyatımdı. Müzakirə etmək sizə düşməyib".

Röya jurnalistlərə də müraciət edib: "Buradan media əhlinə səslənirəm. Özünüzə sənət tapın, yaxşı jurnalistlərin adını yerə vurmayın. Hələ çox uzun yolumuz var birlikdə. Hər kim oldumsa, mənim həyatımdı. Sizə düşməyib müzakirə. Öz arxanıza baxın. Önümüzü görmək çox asandır".

Röya "Instagram"da onu təhqir edən şəxslə bağlı da fikrini bildirib:

"Hərəniz bir şey dediz, amma o uşaq zənn etdiyimdən fərqli çıxdı. Yenə də sağ olsun. Günahkar onlar idi, lentə almaqda məqsədim o idi ki, sonra gedib deyər məni təhqir edib. Bir dəfə biriylə görüşdüm, getdi şikayət yazdı ki, Röya üstümə silah çəkib. Mən də onunla ehtiyatla və tərbiyəylə görüşüb lentə aldım. Hamı yekə-yekə danışır. Unudursuz, mən də kiminsə bacısı, anasıyam, həm də nəslin kişisiyəm. Bütün mediaya sözüm olacaq, amma indi yox. Məhz siz mənimlə bir yoldasınız, nə vaxtsa üz-üzə gələcəyik. Yenə də qarşıma səsyazmayla çıxacaqsınız. Eybi yox, Allah özü məni möhkəm tutub, heç kimə də baş əydirməyib. Bundan sonra kim təhqir yazsa, qanun qarşısında cavab verəcək. daha ürəyiyumşaqlıq etmərəm".

Tarix
2015.05.27 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla