"Miss Azərbaycan" gözəllik müsabiqəsi tarixində ilk
əcnəbi qalib olan Natalya Sokolevskaya qalmaqallı açıqlamaları ilə
yenidən gündəmə gəlib.
ANS-in məlumatına görə, Azərbaycan gözəli Belarusda keçən
həyatından, Azərbaycan kişilərindən və gözəlliyin dünya
standartlarından danışıb. Kiçik yaşlarından əczaçı olmağa qərar
verən belarus gözəl hətta Vitebsk Tibb Universitetinə daxil olub.
Amma, sonradan sənədlərini geri götürüb: "Mən sadəcə anladım ki,
əczaçılıq – bu mənlik deyil", – deyə Natalya izah edir.
Natalyanın Azərbaycana gəlməsi isə ailəsi ilə bağlıdır. Belə ki,
onun valideynləri Belarusiyada neft quyularında işləyirdilər.
2008-ci ildə Natalyanın atasına Azərbaycanda dördillik müqavilə
təklif etdilər. Ata təkliflə razılaşdı və bütün ailəsi Bakıya
köçdü. Natalya düşünürdü ki, bu köç müvəqqətidir, amma nəticədə o,
həmişəlik Bakıda qalası oldu.
"Mən Belarusu çox sevirəm, ora mənim vətənimdir. Amma qəbul
etmək lazımdır ki, bəzi detallara görə Belarus başqa ölkələrdən
geri qalır. Azərbaycan isə zəngin ölkədir. Buna görə də onlar
bizdən irəlidə gedir. Bu, hətta xırda şeylərdə belə gözə çarpır.
Məsələn, Azərbaycanda dəb inkişaf edib. İnsanlar daha gözəl
geyinirlər", – deyə Natalya söyləyir.
Natalya Bakını çox sevdiyini və buranı tərk etmək istəmədəyini
deyir. Ailəsi Belarusa qayıdandan onu aparmaq istəyib, amma
belaruslu gözəlçə qərarını verib və Azərbaycanda qalacağını
söyləyib:
"Valideynlərim istəyirdilər ki, məni özlərilə Belarusa
aparsınlar. Amma dörd il ərzində mən Bakıya çox öyrəşdim. Mənə
burada artıq hər şey doğmadır. Mən burada təhsil alıram, burada
işləyirəm və özümə ev almışam. Mən boş yerə Belarusa qayıtmaq
istəmirdim. Anam narahat olurdu və məni Bakıda tək qoymaq
istəmirdi. Amma mən onlara təkid etdim ki, burada mənim üçün daha
çox imkan var".
Natalya artıq Azərbaycanda 8 ildir ki yaşayır. Natalya deyir ki,
Azərbaycan artıq onun ikinci vətəni olub: "Azərbaycan gözəl
təbiətlə, unikal milli ənənələrlə və qonaqpərvərliklə məni cəlb
etdi".
Slavyan gözəlçə müsəlman ölkəsində yaşayarkən heç bir çətinliklə
qarşılaşmır: "Mən Azərbaycandan olan kişilərə potensial adaxlı kimi
baxmıram. Nə də olsa, onlar azərbaycanlılarla evlənirlər. Onlarda
qanların qarışdırılması qəbul edilmir. Burada əvvəllər olduğu kimi
valideynlər öz oğuluna gəlin seçirlər. Onlar üçün bu normaldır. Bu
ənənədir və nəsildən-nəsilə ötürülür", -deyə Natalya əlavə
edib.