Yuxarı

“Avroviziya” Azərbaycana qarşı: Nə baş verir?

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Avroviziya” Azərbaycana qarşı: Nə baş verir?

Azərbaycanın münsifləri nə üçün müsabiqədən kənarlaşdırılıb?

Axar.az xəbər verir ki, bu suala cavab axtaran İT mütəxəssisi Osman Gündüz ötən gün başa çatan “Avroviziya 2022” yarışmasının rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs verdiyin görsəndiyini bildirib. Azərbaycanın bu yarışla bağlı münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirir. Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova bu qərarın elan edilməsi üçün canlı bağlantının qarşı tərəfin günahı ucbatından alınmadığını qeyd edib.

Qarşı tərəf, “Avrovizion 2022” təşkilatçıları, Avropa Yayım Birliyi isə bununla bağlı rəsmi açıqlama verib:

“Onlar Azərbaycan da daxil olmaqla, 6 ölkənin münsiflər heyətinin səsvermə qaydalarını pozduğunu və manipulyasiya etdiyini bildiriblər. Buna görə də bu ölkələrin münsiflərinin qərarları ləğv edilib və qaydalara uyğun olaraq təşkilatçılar əvvəlki mərhələnin nəticələrini əsas götürərək özləri ölkələr üzrə balları qeyd ediblər.

Kimdir günahkar?

Düşünürəm ki burada üç mümkün variant ola bilər:

1. “Avroviziya” kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək, münsiflərimizi yarışdan kənarlaşdırıb;

2. Ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı fikir ayrılığı olub və bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq informasiya sızıb. Yarışın qaydalarına görə, bu tip hallarda nəticələr nəzərə alınmır;

3. Güman etmək olar ki, münsiflər heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar.

Yəni, necə deyərlər, səsvermədə qəsdən iştirak etmək istəməyiblər”.

O.Gündüz bildirib ki, AYB artıq rəsmi qərarını verib, Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib:

“Düşünürəm ki, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi, münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi və yekun nəticələr əsasında rəsmi açıqlama verməsi doğru olardı.

Əgər irəli sürdüyümüz 3 ehtimaldan 1-ci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər”.

Tarix
2022.05.15 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla