Yuxarı

Rozanın övladlığa götürdüyü oğluna niyə ev verilib? - Rəsmi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rozanın övladlığa götürdüyü oğluna niyə ev verilib? - Rəsmi

Ötən gün Roza Zərgərlinin övladlığa götürdüyü oğlu Corc Qafarovun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilməsi ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

Kult.az xəbər verir ki, mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Corc Qafarovun övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmadığını bildirib.

“Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. İndiyə qədər yüzlərlə internat məzunu evlə təmin edilib və hazırda da proses davam edir. Corc Qafarova mənzil ona görə verilməyib ki, müğənninin himayəsində yaşayır, ona görə verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib”, - deyə məlumatda qeyd olunub.

Tarix
2022.07.06 / 14:52
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla