Yuxarı

İlhamə Quliyeva: "Mənə sui-qəsd hazırlanıb"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlhamə Quliyeva: "Mənə sui-qəsd hazırlanıb"

Xalq artisti İlhamə Quliyeva həyatına sui-qəsd edilməsi iddiası ilə mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, İ.Quliyeva bildirib ki, il yarım bundan əvvəl Mehriban Hüseynova (Bəylərqızı) onun evinə köməkçi-xadimə kimi işə götürülüb:

"Oğlumun dostu ilə dil tapıb, ona deyib ki, İlhaməni öldürmək istəyirəm, mənə zəhər tap. Deyirmiş, onun var-dövləti mənə qalsın. Oğlumun dostu mənə dedi ki, İlhamə xanım, evə kiçik kamera qoyun. Mən psixotrop dərmanları soyuducudan tapdım. Onun evimdə olduğu müddətdə özümü çox pis hiss edirdim. Sən demə, yeməyimə dərman qatırmış. Sonra evimdən 5000 min manat və 2000 dollar oğurlayıb, gedib mənim adımdan saxta vəsiyyətnamə hazırlatdırıb. Bundan başqa, evimdən qızıllarımı, bahalı xəz paltolarımı oğurlayıb. Evimdə cadu edib, qıfıllar asıb. O, bu işləri başqalarının da başına gətirib".

İ. Quliyeva əlavə edib ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarını evə dəvət edib: "Mən evə polis dəvət etdim, gəldilər, onu bir yolla çağırtdırdım, götürüb apardılar. Amma necə olur polis deyir ki, bizə müraciət etməyib? Mən Mehribanı tutdurmaq istəmirdim. Mənim yaxınımı şantaj ediblər, onu çağırıb deyiblər ki, Mehribanın başından bir tük əskik olsa, sən də, İlhamə də özündən küssün. Ona görə mən də axıra qədər davam etdim. Məni arxayın etmişdilər ki, onu tutmuşuq, Kürdəxanıdadır. Amma bu günlərdə bir dəfə maşını onların küçəsindən sürdürdüm, gördüm ki, Mehriban maşındadır. Yanındakılar mənim işçilərimə təzyiq edəndə maşından düşdüm. Məni görəndə qaçdılar. Ərinə dedim ki, Mehriban Kürdəxanıda olmalıdır. Dedi, mən buraxdırmışam".

Tarix
2015.10.17 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla