Müğənni Aytac Vidadiqızı
Türkiyədə keçiriləcək toyuna xüsusi hazırlaşır.
Axar.az-a açıqlama verən ifaçı həmin gün üçün özəl mahnı
bəstələdiyini də əlavə edib.
"Can ilə özümə mahnı həsr etmişəm. Mahnı "Mənim dəyərlimsən"
adlanır. Ağlıma da gəlməzdi ki, toy günüm üçün özüm mahnı
bəstələyib, söz yazaram. Birdən ilham gəldi və bu mahnı yarandı.
İnanıram ki, bu mahnı bizim həyatımızın ən möhtəşəm musiqisi
olacaq".
Müğənni Bakıda baş tutan toyunda bu qədər həyəcanlı olmadığını
da vurğulayıb:
"Bakıda toy ərəfəsində belə həyəcanlı deyildim. Hər şeyə nəzarət
edə bilirdim deyə, rahat idim. Amma Türkiyədə baş tutacaq toyumda
daha çox adam olacaq. Bütün işlərə həyat yoldaşımın valideynləri
nəzarət edir. İçimdə qəribə bir həyəcan var".
Qeyd edək ki, Aytac Vidadiqızının qız toyu Bakıda, dekabrın 23-ü
olub. O, Türkiyə vətəndaşı ilə ailə həyatı qurub.