Məşhurların həyatı hər zaman diqqət mərkəzində olur.
Təkcə məşğul olduqları peşə ilə deyil, həm də şəxsi həyatı ilə
diqqət mərkəzində olan tanınmış insanların bu dəfə də
məşhurlaşmadan öncə nə işlə məşğul olduqlarını araşdırdıq. Bəlli
oldu ki, onlar ən müxtəlif sahələrdə işləyiblər. Beləliklə,
sevdiyimiz sənət adamlarından bəzilərinin məşhur olmadan öncə
çalışdığı sahələr...
Dünya ulduzları
Məsələn, Denni Devito məşhur olmadan öncə cənazə törənlərinin
təşkili ilə məşğul olub. Denzel Vaşinqtonsa bərbərxanada təmizlikçi
işləyib. Hətta tualet təmizlikçisi işləyən məşhur da var, belə ki,
Cenifer Eniston tualet təmizləyib. Hamımızın sevdiyi gözəl aktrisa
Culia Robertsə ofisiant olaraq çalışıb. Tarixi filmlərdən
tanıdığımız, filmlərdə qəhrəman obrazında gördüyümüz Rasl Krou
qadınların əyləndiyi gecə klubunda nəzarətçi olub.
Gəlin, bir anlığa Sandra Ballakı barmen kimi təsəvvür edək.
Çünki bu aktrisa barmen olub. Tom Kruzu kilsədə canlandırmaq yəqin
bir çoxlarına çətindir, amma bu faktla da razılaşmalı olacağıq.
Türk ulduzlarının keçmişi
Lirik mahnılar ustası kimi tanıdığımız Rafət El Roman indi
sevə-sevə dinlədiyimiz səsini əvvəl insanları namaza səsləmək üçün
istifadə edib, yəni müəzzin olub.
Cem Yılmaz əvvəllər dərgilərdə karikatura çəkib.
İndi proqramını izlədiyimiz Bəyazid Öztürkü bir anlığa ciddi
biri olaraq təsəvvür edin. Çünki o radio aparıcısı olaraq
çalışıb.
İbrahim Tatlısəs inşaatda çalışanda səsi ilə hər kəsi heyran
edib.
Uca boyu, oynadığı rollardakı xarakteri ilə o dövrün qadınlarını
özünə aşiq edən Cüneyt Arkın sən demə həkim işləyibmiş.
Türk musiqi sənətində öz dəsti-xətti olan Yıldız Tilbə isə
alverçi olub. Amma bu müğənni səhnəyə gələnə qədər bir çox
sahələrdə işləməli olub. Uşaq baxıcısı, tikiş atelyesində
işçi...
Azərbaycanın məşhurları
Bu sualla bir çox məşhura müraciət etdik. Bəlli oldu ki, bizim
məşhurlar da onları tanımadan öncə müxtəlif işlərdə çalışıblar.
Məsələn, Tünzalə Ağayeva Tovuz rayonunda musiqi məktəbində pianino
müəllimi işləyib.
Aktrisa Mehriban Xanlarovasa hədiyyələr və oyuncaqlar fabrikində
satışa buraxılmadan öncə məhsulları nəzarətdən keçirıb.
Aktyor Bəhram Bağırzadəyə bu sualla müraciət etdik. Bəlli oldu
ki, səhnədə hamını güldürən aktyorun üzünə həyat heç də gülməyib.
O, Şıxov cimərliyində "butulka" yığırmış.
Başqa bir aktyorumuz İlqar Cahangir isə tikinti şirkətində fəhlə
işləyib.
Demək ki, bizim sevdiyimiz məşhurlar da sadə insanlar kimi ən
adi işlərdə çalışıb. Amma fərq ondadır ki, sonradan tale bu
insanların üzünə gülüb və onlar milyonların tanıdığı, sevdiyi
insanlara çevriliblər.