Yuxarı

Məşhurların “Yeni il qiymətləri” yalan çıxdı - Açıqlama

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhurların “Yeni il qiymətləri” yalan çıxdı - Açıqlama

Azərbaycanlı məşhurların Yeni il gecəsində 30 dəqiqəlik çıxış üçün açıqlanan qiymət siyahısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Kult.az xəbər verir ki, sözügedən siyahıda qiymətlər minimum 7 min, maksimum isə 50 min manatdır.

Müğənni Röya Ayxanın köməkçisi Elvin Elxan bildirib ki, Röya Ayxan ümumiyyətlə yarım saatlıq çıxış etmir:

“Bir neçə ildir, Röya xanım 31 dekabr tarixində səhnəyə çıxmır. Qısası, bu informasiya yanlışdır”.

Siyahıda adı olan məşhur müğənni Murad Arif isə bildirib ki, hər ay müxtəlif saytlarda müxtəlif qiymətlərlə rastlaşır:

“Bu qiymətlərin hamısını şərh etməyə ehtiyac yoxdur. Məclisin Bakı, rayon və ya xarici ölkədə keçirilməsi, gün olaraq həftə içi, həftə sonu olması, saat və məkanı qiymətlərə təsir edir. Bu şeylər stabil olmadığı üçün burda heç kim mütləq bir məbləğin üzərində dayanıb, durmur”.

Müğənni Faiq Ağayevin köməkçisi Azər Musayev bildirib ki, gördüklərinizə və eşitdiklərinizə inanmayın.

Qeyd edək ki, sözügedən siyahıda qiymətlər belədir:

- Röya Ayxan - 50 min manat;

- Aygün Kazımova - 50 min manat;

- Eyyub Yaqubov - 20 min manat;

- Zülfiyyə Xanbabayeva 15 min manat;

- Faiq Ağayev 15 min manat;

- Abbas Bağırov 15 min manat;

- Natavan Həbibi 10 min manat;

- Çingiz Mustafayev 10 min manat;

- Günay İbrahimli 10 min manat;

- Murad Arif 10 min manat;

- Samirə Əfəndi 10 min manat;

- Miri Yusif 10 min manat;

- Samir Bağırov 7 min manat tutulub.

Tarix
2023.12.14 / 23:47
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

İlham Əliyev Kiçik Qaladərəsindən video paylaşdı

Prezident "Xankəndi" otelinin açılışında - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla