Yuxarı

Türkiyədə Rəqsanənin adını dəyişirlər

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə Rəqsanənin adını dəyişirlər

"O özünə ləqəb qoyub Türkiyədə - "Reksa"".

Bu sözləri Əli Mirəliyev "Axar.az"a TV verilişlərindən birinin anonsunda işlətdiyi sözə aydınlıq gətirərkən deyib. O, həmin reklam çarxında belə bir cümlə işlətmişdi: "Reks, fuuu".

O, özünə ləqəb qoyub Türkiyədə, "Reksa" ləqəbi

Əli Mirəliyev həmin reklam çarxını "SOY Prodakşn"ın hazırladığını bildirdi:

"Onu "SOY prodakşn" hazırlayıb. Maqazin bölümünün müxbiri mənə dedi ki, Rəqsanə Türkiyəyə köçüb və ona orada "Reksa" ləqəbi qoyublar, sizin buna münasibətiniz necədir? Mən də dedim ki, "Reksa" yox, "reks fuuu", yəni "Reksa-reks" deməkdir. Əgər vətənini bəyənmirsə, çıxsın getsin burdan, olsun oranın Reksası. O özünə ləqəb qoyub Türkiyədə, "Reksa" ləqəbi. İndi "Soy prodakşn"da işləyən jurnalist yalan deyir, ya doğru deyir, onu mən deyə bilmərəm".

Əli Mirəliyev boş-boş danışır da, nə deyək

Daha sonra müğənni Rəqsanənin özüylə əlaqə saxladıq, o isə mətbuat katibim Zəminə xanımla əlaqə saxlamağı məsləhət gördü.

Mətbuat katibi Zəminə Rüstəmova: "Rəqsanə xanım vətəndaşlığı qəbul etməyib. Azərbaycanlıdır, sadəcə, həm burda, həm də Türkiyədə işlərinə davam edəcək. Şirkətin və rəhbərinin adı dəqiq yadımda deyil. Rəqsanə xanım həmin şirkətdən bir neçə mahnı gətirdi, burda təqdim elədi öz ifasıyla. "Reksa" adı isə həmin şirkət tərəfindən təklif olunub, amma hələ qüvvədə deyil və qəbul olunmayıb. Əli Mirəliyevə gəldikdə isə boş-boş danışır da, nə deyək, o insan öz fikrini söyləyib. O, hamının haqqında elə danışır da, öz mənasız fikirlərilə. Bizə maraqlı deyil onun nə danışması".

Tarix
2014.02.04 / 18:08
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla