Yuxarı

Arnoldun saatı kəskin bahalaşdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arnoldun saatı kəskin bahalaşdı

Amerikalı aktyor Arnold Şvartseneggerin Almaniyanın Münhen hava limanında saxlanılmasına səbəb olan saatın qiyməti kəskin bahalaşıb.

Axar.az xəbər verir ki, daha öncə başlanğıc qiyməti 20 min avro təyin edilsə də, indi bu rəqəm 50 min avroya qaldırılıb. Gömrükdə baş verən insidentdən sonra onlarla kolleksiyaçı bu modelə maraq göstərməyə başlayıb.

"Bu, hazırda dünyanın ən çox baxılan saatıdır", - deyə zarafat edən 76 yaşlı aktyor saatı hələ də hərraca çıxarmaq niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən saat aktyor üçün xüsusi hazırlanıb və o saatı bir neçə filmdə istifadə edib. Saatda aktyorun bədəni təsvir olunub və üzərində "Arnold Classic" yazısı həkk olunub. Dünyada cəmi 20 belə saat var.

Bu saata görə o, üç saat polis bölməsində saxlanılıb, sonra saatın dəyərini, cəriməni və vergiləri ödəməyə məcbur edilib. O, 35 min avro ödədikdən sonra sərbəst buraxılıb.

Şvartsenegger özü saatı hərracda satmaq və pulu iqlimi qorumaq üçün istifadə etmək niyyətindədir.

Tarix
2024.01.19 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla