Yuxarı

Aygün Eltona 18+ şeir yazdı - Mətn

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygün Eltona 18+ şeir yazdı - Mətn

Xalq artisti Aygün Kazımova həmkarı Elton Hüseynəliyevi tənqid edib.

Axar.az xəbər verir ki, xanım müğənni Elton Hüseynəliyevin xalq artisti Flora Kərimovanın sözünü kəsməyinə hiddətlənib. O, rəsmi İnstaqram səhifəsində Elton haqda sərt sözlər yazıb:

"Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddinə ki, xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!"

Aygün Kazımova daha sonra Elton Hüseynəliyevə həsr etdiyi şeiri də paylaşıb:

Sən Eltonsan,
Sən ton tonsan.
Mən bilmirəm
Sən nə ...san.
Utanmırsan?
Kişi olan vücudundan,
O boyundan,
Buxunundan?
Sən sevilən Sənətkara,
Əfsanəvi sənətkarın
Yanındaca
Rəy bildirib,
Donquldanıb,
Tullanırsan.
Şıllaq atıb
Hoppanırsan.
Söz atırsan.
Axı niyə?
Axı kimə?
Zərif, incə xanımlara
Qısqanırsan,
Olmaya sən
Elton Consan???

Tarix
2016.02.09 / 10:15
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla