Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun
xalq artisti Aygün Kazımova barəsində dediyi sözlər cavabsız
qalmayıb.
Lent.az-ın məlumatına görə,
A.Kazımova İ.Quliyevanın oğluna bu cür cavab verib: "İlhamə
Quliyevanın oğulluğu Orxan Nadirovun mətbuata son açıqlaması da
əsas mövzudan yayındırmaq həmin şounun bir hissəsidir. Ana və
oğulluğun müxtəlif vaxtlarda verdikləri müsahibələrdə mənim haqq
səsimi ucaltmağımı Natavan Həbibinin adını hallandırıb, onu səbəb
kimi gündəmə gətirirmələri yanlış və məntiqsizdi. İlhamə
Quliyevanın oğlunun həbs olunması ilə bağlı fikirlər
səsləndirmişəm. Bəli, mən faktlarla danışıram. Həmin şəxsin həbs
olunması uzun müddət mətbuatın gündəmində oldu. Mətbuatdan
xatırlatmalara ehtiyac varsa, bir daha nəzərinizə çatdırıram. Onun
barəsində olan faktları mən özümdən demirəm. Mən hər zaman kimi
4-cü hakimiyyətimizdə, mətbuatımızda gedən xəbərləri izləyirəm və
ona istinadən söyləyirəm".
A.Kazımova O.Nadirovun söylədyi "Öz nəslinə baxsın, sonra
danışsın" sözlərinə də reaksiya verib: "Mənim nəslimə baxmağımı
təklif edən İlhamə Quliyevanın oğulluğu! Hə, niyə oğulluğu deyirəm,
bu mövzuda da danışmaq istəyirəm. Çünki zaman-zaman elə mətbuatda
Orxan Əhmədağa oğlu Nadirov İlhamə Quliyevanın doğma övladı deyil,
müğənninin xalası qızı Lalə xanımın oğludur. "İlhamə Quliyeva
Orxanı oğulluğa götürüb" kimi yazılar yazılıb. İndi isə bu şəxs
məni nəslimə baxmağa çağırır? Mən Aygün Kazımova Ələsgər qızı. Atam
Kazımov Ələsgər Kazım oğlu, atamın atası Kazımov Kazım, anam
Kazımova Fizzə Ələkbər qızı, anamın atası Ələkbərov Ələkbər. Atam
Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda dünyaya gəlib. Anam
isə İrəvan mahalının Zəngibasar rayonunun Seyidlər kəndində. Özüm
isə Bakı şəhərində dünyaya gəlmişəm. Baxın, bu mənim nəslim. O isə
onun nəsli".
Xalq artisti O.Nadirovun söylədiyi "Aygünlə mübarizəyə başlasam,
bir çox məslələri ortaya qoyacam" sözlərinə də münasibət bildirib:
"Açıb ortalığa qoymalı məsələlərə, varsa, desin. Mənim şəxsən özümə
də çox maraqlıdır. Mənim bu xalqdan gizlədəcəyim olmayıb. Həyatımda
baş verən hər bir hadisəni, dərdimi, sirrimi, sevincimi, nifrətimi,
sevgimi, xəyanətimi hər zaman tamaşaçımla bölüşmüşəm. Mənim
sirdaşım tamaşaçım olub. Hələlik sonuncu sözüm isə qələtlə
bağlıdır. Hərfi tərcümədə "qələt" "səhv etmək" mənasındadır. Hər
bir insanın bu həyatda səhvi olub. Amma elə səhvlər var ki, o,
bağışlanmır. Etdiyi səhvi isə başqasının boynuna atmaq heç
bağışlanmır. İndi isə siz mənə deyin, qələti kim edir?"