Həmişə qızlarımla da, oğlumla da müəyyən qədər ərkyana
zarafatlar edirəm. Mənim xoşum gəlir ki, onlarla oturum söhbət
edim, birlikdə kinoya baxım.
Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Rafael Dadaşov
"Sənətsevər" verilişində övladları haqda danışarkən deyib. O, qızı
Səidə Dadaşova ilə bağlı yaranan söz-söhbətlərdən də danışıb:
"Heç vaxt istəməmişəm ki, övladım onlara qarşı diqqət, qayğı
olmadığını hiss etsin. Səidə mənim ən şıltaq qızımdır. Mən bütün
günü Səidənin yanındayam. Səidə mənə nəvə bağışladı, adımı da ona
qoyub. Həmişə demişəm, sənətkara gücləri çatmayanda başlayırlar
övladını daşlamağa. Məlik Dadaşova gücləri çatmayanda Rafael
Dadaşovu daşladılar. İndi Rafael Dadaşova gücləri çatmır,
başlayıblar Səidəni daşlamağa. Sənətkar övladını qorumağa çalışın.
Mən o kəslərə hörmət edirəm ki, ata-anasının yolunu davam etdirir.
Ləyaqətlə davam etdirənlərə isə xüsusi hörmətim var".
Xatırladaq ki, bir müddət əvvəl xalq artisti Rafael Dadaşovun
qızı Səidə Dadaşovanın nikahdankənar eşq həyatı yaşaması ilə bağlı
mövzular gündəmə gəlmişdi. Daha sonra açıqlama verən Səidə Dadaşova
ailə qurduğunu bildirmişdi.