Yuxarı

Şou-biznesimizin başı çalmalı kişisi - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Səs Azərbaycan" ("The Voice of Azerbaijan") layihəsinin iştirakçısı olan "Mister Happi" ləqəbli gənc müğənni Səid İsmayılzadənin ilk klip təqdimatı olub.

Gün.Az xəbər verir ki, sözləri və musiqisi müğənninin özünə aid olan "Nəfəs al" adlı mahnıya klip "Ronion Agency" tərəfindən çəkilib.

Təqdimat mərasimində səbəbkarla yanaşı, əməkdar artist, bəstəkar Vüqar Camalzadə də iştirak edib. O, gənc ifaçıya sənət yolunda xeyir-dua verib, uğurlar arzulayıb.

Təqdimata həmçinin "Səs Azərbaycan" ("The Voice of Azerbaijan") televiziya layihəsinin digər iştirakçıları da qatılıb.

Mərasimdən öncə klip nümayiş olunub. Yaradıcılığında caz, etnik musiqiyə üstünlük verən müğənni özünə "Mister Happi" ləqəbi götürməsindən də danışıb: "İnsanların öz fikirləri, ətraf aləmlə, təbiətlə vəhdətdə olması çox önəmlidir. Mən də belə qərara gəldim ki, özümə məhz bu ləqəbi götürüm".

Başında qara çalma ilə tədbirə gələn "Mister Happi" imici barədə bunları deyib:

"Düşünürəm ki, bu imic mənim üçün yaxşı görüntüdür. Səhnə fərqlənməyi sevir. Mən həm ifamla, həm də imicimlə seçilməyə çalışacağam".

Tədbirdə çıxış edən Vüqar Camalzadə "Mister Happi"yə uğurlar arzulayıb. Ona yeni yaradıcılıq işlərində dəstək olacağını, hətta gələcəkdə yeni mahnı da verə biləcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, "Mister Happi" iki dəfə "Eurovision" milli seçim turlarında iştirak edib. O, həmçinin hazırda ifaçılıqla yanaşı, həm də Niyazi adına Dövlət simfonik orkestrinin tərkibində skripka ifaçısı kimi fəaliyyət göstərir.

Tarix
2016.06.25 / 23:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla