Yuxarı

Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Müəllif Hüquqları Agentliyi tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün verilən nəzarət markalarını qəsdən məhv edən, saxtalaşdıran, qeyri-qanuni yolla hazırlayan, istifadə edən və ya satan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

MHA-nın Əsərlərin qeydiyyatı və hüquq şöbəsindən Axar.az-a verilən məlumata görə, həmin əməllərə görə İnzibati Xətalar Məcəlləsinin 413-cü və Cinayət Məcəlləsinin 205-2-ci maddələrində cərimələr və müəyyən edilmiş müddətdə azadlıqdan məhrum etmə ilə cəzalar nəzərdə tutulub: “Nazirlər Kabinetinin 9 iyun 2014-cü il tarixli 191№-li qərarı ilə təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına tətbiq edilən nəzarət markası bu malların satışa çıxarılmasından və ya yayılmasından əvvəl hüquq sahibləri və hüquqları əldə etmiş fiziki və hüquqi şəxslər tərəfindən yapışdırılır”.

Qeyd edək ki, nəzarət markalarının tətbiqi əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı salınmasına imkan yaradacaq. Artıq Təhsil Nazirliyinin müvafiq icazəsi əsasında dərsliklərin satış üçün əlavə nüsxələrinin çapına icazə almış bir sıra nəşriyyatların, o cümlədən “Şərq-Qərb” ASC, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC, “Radius”MMC, “Aspoliqraf LTD” MMC və “Altun-Kitab nəşriyyatı”ının müraciətləri əsasında onlara Müəllif Hüquqları Agentliyi tərəfindən nəzarət markalarının verilməsi təmin olunub.

Tarix
2016.12.05 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla