Yuxarı

Teleradio lisenziya səlahiyyəti MTRŞ-ə verildi

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teleradio lisenziya səlahiyyəti MTRŞ-ə verildi

Teleradio yayımçılarına lisenziyaların Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətlərinə daxil edilməsi qaydası qüvvəyə minib.

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan respublikasının 2016-cı il 11 noyabr tarixli 404-VQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli fərmanında dəyişikliklər edilməsi haqda fərman imzalayıb.

Fərmana əsasən, edilmiş dəyişikliklə lisenziya tələb olunan fəaliyyət növlərini (Teleradio yayımı fəaliyyəti, ümumrespublika televiziya yayımı, Bakı şəhəri üzrə televiziya yayımı, regional televiziya yayımı, ümumrespublika radio yayımı, Bakı şəhəri üzrə radio yayımı, regional radio yayımı, əlavə informasiya yayımı, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı, peyk yayımı, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət) MTRŞ həyata keçirəcək.

Tarix
2016.12.09 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən erməni konyakına qadağa - Səbəb?

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla