Yuxarı

ABŞ xəbər portalı erməni təhlükəsindən yazdı

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ xəbər portalı erməni təhlükəsindən yazdı

ABŞ-da çıxan “AvroAsiya Reviv” xəbər portalı Nia Amirin “Dağlıq Qarabağ: 25 il sonra vəziyyət necədir?” adlı məqaləsini dərc edib.

Axar.az xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycana təcavüzündən, suveren Azərbaycan ərazilərinin 20 faizinin işğalından və bir milyondan çox azərbaycanlının Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən didərgin salınmasından bəhs edilir.

Müəllif yazır ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesi heç bir nəticə verməyib. 2016-ci ilin aprelində ermənilərin provokasiyası Ermənistanı və Azərbaycanı genişmiqyaslı müharibə həddinə gətirib çıxarıb. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnə bilərdi, amma hər iki ölkə üçün kütləvi qırğına və humanitar böhrana çevrilərdi.

Məqalə müəllifi qeyd edir ki, noyabrın 8-də Bakıda Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri, o cümlədən Xocalı soyqırımı qurbanlarının ailələrinə başsağlığı verən tanınmış hüquq müdafiəçisi Vahe Avetisyan iştirak ediblər.

Nia Amir yazır ki, Xocalı soyqırımı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni ordusu tərəfindən törədilib.

Konfransda edən Ermənistanın “Milli azadlıq hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan bildirib ki, onun ölkəsində hakimiyyətdə olanlar və Xocalıda soyqırımı törədənlər erməni xalqının da düşmənləridir. O deyib ki, Bakıda yaşayan 30 min erməninin bəziləri ilə görüşüb, Azərbaycan hökumətinin hesabına bərpa olunan və mühafizə edilən erməni kilsəsinə gedib.

Müəllif ermənilərin nüvə silahının yayılmasında fəaliyyətindən də yazaraq qeyd edir ki, Ermənistan hökuməti 1999-cu ildən ölkəyə qanunsuz yolla radioaktiv materiallar idxal edir. Sonda Nia Amir yazır ki, Qafqazda nüvə və radioaktiv materialların mövcudluğu həm bu region, həm də Avropa, Yaxın Şərq ölkələri və bütün dünya üçün real təhlükədir.

Tarix
2016.12.09 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən erməni konyakına qadağa - Səbəb?

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla