Yuxarı

TRT-1-in Azərbaycanda yayımı bərpa olunur

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
TRT-1-in Azərbaycanda yayımı bərpa olunur

Azərbaycanda TRT-1 telekanalının yerüstü rəqəmli yayımı, böyük ehtimalla, 2017-ci ilin yanvar ayında bərpa olunacaq.

Bunu APA-ya TRT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan deyib. O bildirib ki, TRT, Azərbaycanın Milli Televiziya və Radio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi arasında telekanalın yerüstü rəqəmli yayımının bərpası istiqamətində müzakirələr aparılır: “Demək olar ki, bütün məsələlər həll olunub, sadəcə, kağız üzərində bir sıra məqamlar var ki, onlar da həllini tapmalıdır. TRT-1 Azərbaycanda yayımına icazə verilən yeganə xarici telekanaldır. Biz nəyin bahasına olursa-olsun, Azərbaycanda TRT-1-in yayımlanmasına davam edəcəyik. Bizim bu istiqamətdə iradəmiz çox güclüdür. 2017-ci ildə rəqəmli yayım üçün lazım olan rüsum TİKA, 2018-ci il üçün isə TRT tərəfindən ödəniləcək”.

Qeyd edək, rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə TRT-1 telekanalının Azərbaycanda yayımı dayandırılıb.

Xatırladaq ki, TRT-1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir.

Tarix
2016.12.27 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla