Yuxarı

Türk mediası Bakının Tehrana cavabından yazdı - Foto

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk mediası Bakının Tehrana cavabından yazdı - Foto

Azərbaycan Milli Məclisinin ötən gün keçirilən iclasında İranla bağlı səsləndirilən fikirlər Türkiyə mətbuatının da diqqətindən yayınmayıb.

Axar.az xəbər verir ki, Türkiyənin "Taymtürk" xəbər saytı deputat Qüdrət Həsənquliyev və spiker Oqtay Əsədovun İranla bağlı fikirlərinə geniş yer verib.

Qeyd edək ki, ötən gün keçirilən Milli Məclisin iclasında İran rəsmilərinin İsraillə münasibətlərə görə Bakını təhdid etməsi məsələsi qaldırılıb.

Deputat Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, İsrail baş nazirinin Bakıya səfərindən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyası cavabsız qalmamalıdır.

O, İran müdafiə nazirinin “Azərbaycanın İsraillə yaxınlaşmasına dözə bilməyəcəyik” bəyanatına cavab olaraq qeyd edib ki, İranın Azərbaycana münasibətdə daha da sərtləşməsi onun özünə problem yaradacaq: "İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək, yerində 5 dövlət yaranacaq”.

Deputatın dediklərinə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz: “İran prezidenti də Ermənistana səfər etdi, məgər biz onlara qarşı bəyanat verdik?! Ona görə də hər kəs bir-birinə qarşılıqlı hörmət etməlidir”.

Tarix
2016.12.31 / 00:14
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla