Yuxarı

Azərbaycan əsgərinin nəşi niyə qaytarılmır? - Avrasiya Nyus

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan əsgərinin nəşi niyə qaytarılmır? - Avrasiya Nyus

“Avrasiya Nyus” xəbər saytında “Qarabağ: Ermənistan Azərbaycan əsgərinin qaçırılmasından siyasi təzyiq vasitəsi kimi istifadə edir” adlı məqalə verilib.

AzərTac xəbər verir ki, məqalədə bildirilir: Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəsi pozmaqla bərabər, həm də müharibə cinayəti törədib. Belə ki, Ermənistan əsgərləri dekabrın 29-da Azərbaycana qarşı uğursuz hərbi əməliyyat həyata keçiriblər. Onlar Azərbaycan silahlı qüvvələrinin Çingiz Qurbanov adlı öldürülmüş hərbi qulluqçusunun cəsədini Ermənistana aparıb və burada vandalizmə məruz qoyublar. Ermənistan tərəfi əvvəlcə cəsədi özündə saxladığını təkzib edib, amma sonradan sosial şəbəkələrdə yayılan şəkillər bunun əksini sübut edib.

Qeyd olunur ki, Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 30-da bununla bağlı yaydığı bəyanatda Ermənistanın etik-mənəvi prinsipləri pozduğunu bildirib. Ermənistanın öldürülmüş hərbi qulluqçunun geri qaytarılması məsələsini siyasi möhtəkirlik obyektinə çevirməklə beynəlxalq humanitar hüququ pozduğu vurğulanıb.

Məqalədə bildirilir ki, oxşar hadisələr 2016-cı ilin aprel hadisələri zamanı və Azərbaycan əsgəri Mübariz İbrahimovun öldürülməsindən sonra da baş verib.

Yazıda Türkiyənin hərbi eksperti Yusuf Akbabanın sözügedən insidentə və bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikirləri yer alıb. O deyib ki, əsgərlərin təhqir olunması münaqişənin yeni eskalasiya mərhələsinə qədəm qoyması deməkdir. Ermənistan işğalçı siyasətini sonadək davam etdirə bilməz. Bu ölkə enerji gəlirləri ilə iqtisadi cəhətdən güclənən Azərbaycana məğlub olacaq.

Məqalədə, həmçinin bildirilir ki, yaşanan gərginliklərə baxmayaraq, Ermənistan və Azərbaycan arasındakı münaqişə Qərb mətbuatının diqqət mərkəzində deyil.

Yazıda münaqişəyə dair qısa arayış verilir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanır.

Tarix
2017.01.14 / 00:26
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla