Yuxarı

Misir mediası: Qarabağda hərbi əməliyyatlar başlaya bilər

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir mediası: Qarabağda hərbi əməliyyatlar başlaya bilər

Misirin “Masr əl-arabiyyə” qəzetində Ermənistan ordusunun bölmələrinin keçən ilin aprel və dekabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ilə təmas xəttində törətdikləri təxribatlardan bəhs edən məqalə dərc edilib.

Jurnalist Əymən əl-Əmin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobudcasına pozulmasının təhlükəli miqyas aldığına diqqəti cəlb edib. Bildirib ki, bu kimi hallar genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasına gətirib çıxara bilər.

AzərTac-ın yaydığı məlumatlardan da istifadə edən müəllif Ermənistanın bu təxribatları ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istədiyini, lakin uğursuzluğa düçar olduğunu bildirir. Məqalədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarların Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə regionda təhlükəsizliyə təhdidin qaldığı qeyd edilir.

Tarix
2017.01.18 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla