Yuxarı

Əmirov: "Mən şadam ki, Əliyevin təşəbbüsü..."

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmirov: "Mən şadam ki, Əliyevin təşəbbüsü..."

Azərbaycan son illər beynəlxalq məkanda böyük nəticələr əldə edib. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi barədə Prezident İlham Əliyevin növbəti təşəbbüsü bir daha vurğulayır ki, Azərbaycan beynəlxalq məkanda özünü getdikcə daha inamla təsdiqləyir. Mən çox şadam ki, Prezident İlham Əliyevin təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən də hərarətlə qarşılanıb.

Axar.az xəbər verir ki, bu sözləri AzərTac-ın müxbirinə müsahibəsində “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin milli layihələr şöbəsinin rəhbəri Radik Əmirov söyləyib.

Azərbaycanın dünyəvi ölkə olmaqla yanaşı, əhalisinin böyük hissəsinin İslama etiqad etdiyini vurğulayan jurnalist əmin olduğunu bildirib ki, İslam dininin əbədi dəyərlərinə belə ehtiramla yanaşması sayəsində dünyada Azərbaycanın nüfuzu daha da yüksələcək. R.Əmirov deyib: “Biz, Rusiya müsəlmanları da Azərbaycan rəhbərliyinin bu təşəbbüsünü dəstəkləyəcəyik”.

Qeyd edək ki, R.Əmirov “İslam və siyasət” və “Lexaim, tatarı!” kitablarının, “Rusiya xalqlarının əxlaqi-mənəvi mədəniyyətinin əsasları” dərsliyinin müəllifidir. O, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin “Dini dəyərlərin möhkəmlənməsinə görə” ordeni, Rusiya Müftiləri Şurasının medalı, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin təşəkkürnaməsi ilə mükafatlandırılıb.

Tarix
2017.01.19 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla