Yuxarı

Azərbaycanın ən gənc və cazibədar biznes-ledisi

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə, prodüser, biznes-ledi və Azərbaycan Respublikası Yazıçılar İttifaqının üzvü Zəhra Bədəlbəylinin Anv.az-a müsahibə verib.

Kult.az həmin müsahibəni təqdim edir:

– Özünüzü ictimaiyyətə adətən necə təqdim edirsiniz, şair, musiqiçi, yoxsa biznes-ledi kimi?

- Özümü, adətən, şairə kimi təqdim edirəm. Amma mövzudan da asılıdır. Misal üçün, may ayının axırında Marketinq forumunda məhz biznes baxımından çıxış edəcəyəm və orada şirkətin rəhbəri kimi təqdim olunacağam.

– Azərbaycanda biznes-ledi olmaq. sizcə, nə deməkdir?

- Əslində, bütün dünyada olduğu kimi, Azərbaycanda da biznes-ledi anlayışının həm müsbət, həm də mənfi məqamları var. Amma mən həyatda ancaq müsbət halları görməyə çalışıram və bilirəm ki, hansı cəhətlərə daha üstünlük verirsənsə, həmin cəhətlər sənin gündəlik həyatında əks olunur. Ən maraqlı cəhətlərdən biri odur ki, belə olduqda, həm yaxşı, həm də xoşa gəlməyən hadisələr – özündən asılı olur. Bu da məhz mənim üçün sərbəstlik deməkdir və o deməkdir ki, sənin fikrini daha çox dəyərləndirirlər.

– Rəhbəri olduğunuz Qamma Agentliyinin (“Gamma Agency”) prodüserlik fəaliyyəti sizin üçün nə ifadə edir, arzu etdiyiniz səviyyəyə çatmısınızmı?

- Arzu elədiyim səviyyəyə prodüsserlik cəhətindən bizim ölkəmizdə çatmaq mümkün deyil, çünki bizim ölkəmizdə musiqi sənayesi anlayışı ümumiyyətlə yoxdur. Şirkət rəhbəri kimi işlərin gedişatından razıyam, çünki biz artıq böyük və qeyri-adi layihələrlə məşğul oluruq. Bu layihələrin üzərində işləyərkən zamanımız da maraqlı keçir və zəhmətimizin nəticəsini görəndə də öz komandamla qürur duyuram.

– Əvvəlki müsahibələrinizdə qeyd etmisiniz ki, işi olan insanların daha çox dərdi var. Çünki bir insan sadəcə ailəsini təmin edirsə, öhdəliyini daşıyırsa, iş adamları bütün işçilərinin məsuliyyətini daşıyır. Başqalarının məsuliyyətini daşımaq sizə nə qazandırdı? Özəl həyatınıza zaman qalırmı?

– Düzdür, mən həmişə ətrafda olan insanların həyatına görə özümdə məsuliyyəti hiss edirəm. Bilirəm ki, çox zaman bu mənə bir qədər narahatlıq gətirir, çünki öz həyatıma ayıra biləcək diqqət və vaxtı həmin insanlara həsr edirəm. Amma başqa cür bacarmıram. Misal üçün deyim ki, şirkətimizi müxtəlif səbəblərə görə tərk edən işçilərə çalışıram ki, hansısa iş tapım. Əlbəttə ki, problem yaratmayan işçilərə. Öz şəxsi həyatıma az vaxt qalsa da, həmişə balans saxlamaqa çalışıram. Ailəmə və dostlarıma mütləq hər gün vaxt ayırıram.

– Bir zamanlar şəhərimizin istənilən qəzet köşklərində baş redaktoru olduğunuz zərif “OK!" (Azerbaijan magazine) jurnallarını görmək olurdu. Təəssüf ki, elektron medianın rəqabəti və bir çox bilmədiyimiz məqamlar həmin jurnalın fəaliyyətinin dayanmasına səbəb oldu. Jurnalın fəaliyyətində qazanmış olduğunuz təcrübəni necə istifadə edirsiniz, nə zamansa belə tərzdə bir nəşr barədə düşünürsünüzmü?

– Bütün keçmiş layihə və işlərim mənə ancaq lazımlı təcrübə qazandırıb. "OK!" dərgisi də həmçinin. Düşünürəm ki, bütün addımlarda keçmişdə olan uğurlar və hansısa nöqsanlar bizə nəyisə öyrədir və bu öyrədiklərimizdən mütləq bugünkü işlərimizdə istifadə etməliyik. Həm “OK!” dərgisində, həm "Avroviziya" mahnı müsabiqəsində, həm Gənclər və İdman Nazirliyi, həm Avropa Oyunlarında işlədiyim zaman ən vacib qazandığım yeni tanış olduğum maraqlı insanlar və onların təcrübələridir.

Tarix
2017.04.15 / 02:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla