Yuxarı

KVN-çilər TV-lərə qadağa qoydu – Əks-reaksiya

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
KVN-çilər TV-lərə qadağa qoydu – Əks-reaksiya

Teatrın bədii rəhbəri Tahir İmanov “TV giriş qadağandır” konsertinin Dövlət Flarmoniyasında keçirilən məşqləri zamanı Kult.az-ın suallarını cavablandırıb:

- TV-lərdə komandanıza qadağa qoyulduğunu demişdiniz. Deyəsən, siz də onları yeni konsertə buraxmamaq qərarı vermisiniz...

- Vallah, mən bu haqda çox danışmışam. Bu dəyərli vaxtımı yenə televiziyaya, onların, belə deyək, işdən başı çıxmayan rəhbərlərinə ayırmaq istəmirəm.

- Bu səfər də konsertdə parodiyalar olacaq?

- Bəli olacaq.

- Kimlərin parodiya olunduğunu görə biləcəyik?

- Açıqlamayacağam. Ancaq onu deyə bilərəm ki, gündəmdə olan bütün məsələlər göstəriləcək. Hətta bu suala siz özünüz cavab verə bilərsiniz. Məsələn, ən aktual məsələr hansılardır indi?

- Səhiyyədə problemlər var, islahatlar aparılır. Təhsil, xüsusilə dərslik məsələləri...

- Bəli, onlar da var. Amma az öncə cəmiyyətdə Mikayıl Müşfiqin heykəlinin sökülməsi rezonans doğurmuşdu. Bu, bizə də çox pis təsir etdi. Bununla bağlı səhnəciyimiz olacaq. Təbii ki, yumor prizmasından. Başqa məsələlərə, şou-biznesdə baş verən hadisələrə də toxunacağıq.

- Həmişə gənc aktyorlardan gileylənirdiniz ki, dəqiq və məsuliyyətli deyilər. İndi necə, bir inkişaf var?

- Düzəlib-düzəlmədiklərini deyə bilmərəm. Amma bir şeyi deyə bilərəm ki, teatrda ən dəqiqləri qalıb. Yəni burada da çox böyük ixtisarlar olub. Hər yerdə deyirlər ki, Tahir İmanov çətin adamdır. Bunu xüsusən də televziya rəhbərləri tez-tez təkrarlayır. Bəli, mən çətin adamam. Mən qeyri-dəqiq insanları teatrımda saxlamıram. Çünki qeyri-dəqiqlik hörmətsizliyin bir növüdür.

Qeyd edək ki, “Planet Parni İz Baku” teatrının “TV girişi qadağandır” adlı konserti 28-29 apreldə Heydər Əliyev Sarayında keçiriləcək.

Tarix
2017.04.20 / 10:27
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla