Yuxarı

Bülbüloğlu bununla qəlbləri fəth edə bilər - Şvıdkoy

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy BFM.ru portalına Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Parisdə YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatından danışıb.

Axar.az xəbər verir ki, M.Şvıdkoy qeyd edib: P.Bülbüloğlu təqdimat mərasimində Çin, Fransa, Qətər, Misir, Qvatemala, Vyetnam, Livan və İraq təmsilçiləri olan səkkiz namizədlə birlikdə çıxış edib.

“Onların sırasında seçkiqabağı mübarizənin favoritləri, zənnimcə, uzun illərdir YUNESKO-da baş direktorun müavini işləyən çinli Tsin Tan, Fransanın mədəniyyət naziri Odri Azulay, Qətərin mədəniyyət naziri Xamad bin Abdulaziz Al-Kavaridir. Onlar beynəlxalq işdə böyük təcrübəsi olan məmurlardır. Buna baxmayaraq, Polad Bülbüloğlunun namizədliyinin irəli sürülməsində, sözsüz ki, məntiq var. Son on ildə Bakı müasir dünya inkişafının aktual problemləri, o cümlədən YUNESKO üçün ənənəvi prioritet məsələlər üzrə beynəlxalq konfrans və forumların ən mühüm mərkəzlərindən birinə çevrilib. Bakı Humanitar Forumuna, məsələn, dünya ictimai fikrinin liderləri, prezidentlər və baş nazirlər, Nobel mükafatı laureatları, dini liderlər gəlirlər. Parisdə, həmçinin xatırlayırlayır ki, YUNESKO maliyyə çətinliyi keçirdiyi dövrdə Azərbaycan ona dəfələrlə yardım edib”, - M.Şvıdkoy bildirib.

Onun fikrincə, Polad Bülbüloğlu postsovet məkanında ən təcrübəli məmurlardan biridir. Sovet və postsovet dövründə 18 il Azərbaycanın mədəniyyət naziri olub, 11 ildir Azərbaycanın Rusiyada səfiridir. O, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin sədridir. Bu unikal təşkilat postsovet məkanı ölkələrinin bir növ YUNESKO-sudur. “O, erməni həmkarı Armen Smbatyan və mənimlə birlikdə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ ziyalıları arasında əlaqələrin yaradılmasının təşəbbüskarı olub. Bir sözlə, Polad Bülbüloğlu siyasətçi və diplomat kimi tamamilə rəqabətqabiliyyətlidir”, - deyə Rusiya Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.

M.Şvıdkoyun qeyd etdiyi kimi, Parisdəki təqdimatın unikallığı bu cür ənənəvi tədbirlərdəki nitqlər deyil, Polad Bülbüloğlunun rəsmi çıxışdan sonra royal arxasına keçib mahnı ifa etməsi olub: “Aydın oldu ki, onun mahnıları təkcə bizim, bu mahnıları son yarım əsrdir sevərək dinləyənlərin deyil, həm də YUNESKO-nun baş direktoru postuna seçkiqabağı yarışda onları ilk dəfə eşidənlərin qəlbini fəth edə bilər”. İstənilən halda, namizədlərdən heç birini nitq və proqramının təqdimatından sonra bu cür alqışlamadılar. Bunun səbəbi aydındır. Musiqinin dili dinləyicələrə beynəlxalq təşkilatların rəsmi dillərindən daha güclü təsir edir”.

Tarix
2017.04.26 / 19:48
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla