Yuxarı

Təbrizli şair xalı toxudub, Moskvaya apardı - Foto

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış təbrizli şair və iş adamı Məhəmməd Çalğın Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Cənublu soydaşımız Kult.az-a müsahibəsində Rusiyaya səfəri haqda maraqlı faktı açıqlayıb.

- Qışın oğlan çağı ərəfəsində soyuq Moskvaya səfərin səbəbi nədir?

- Səfərimin əsas səbəbi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı yarışmasına hazırlanan xalının layihə sədri olmağımdır. Hazırladığımız xalı dünyanın muzeylərində olan xalılar qədər qiymətlidir. İnşallah, satılar, puluna ehtiyacımız var, satılmaz, Kremlin, ya da Rusiya Federasiyasının hansısa muzeyinə hədiyyə edərik.

- Rusiya, xüsusilə Moskva cənublu şairin gözünə necə görünür, yaddaşına necə hopur?

- Moskvada hərəkət var, üsyan var, sanki. Həyat çox qaynardır. Əcəb də seviləsi şəhərdir. Moskvanı şeir kimi görürəm. Moskvanı oxuyuram sanki. Bəlkə də Mayakovskinin, ya Nazim Hikmətin ruhu düşünüb ki, cənublu bir şair gəlib, bu şimal şəhərinin soyuğunda qızınsın.

- Sənin bəzi şeirlərində təfəkkürün məhsulu boy verir, yəni yaşantılarından çox düşüncələrin olur şeirlərində. Səncə, Rusiyada qısa müddətdə olmağın obrazlarında hər hansı dəyişikliklər edəcəkmi?

- Moskvada ikinci dəfədir oluram. İlk dəfə burada çox qala bilmədim. İndi şəhəri gəzdikdə hiss etdim ki, mənə müsbət enerji bağışladı, buranı şairlər şəhəri kimi hiss etdim və sevdim. Əminəm ki, içimdə yenə də yeniliklər olacaq. Zira, bir şairi heç bir kitab etdiyi səfər kimi savadlandırmaz. Mən gəzdikcə öyrənirəm.

- Təbrizli şair Moskvada yaşaya bilərmi?

- Anam çox darıxar məndən ötrü. Anam darıxmasaydı, demirəm həmişəlik, amma ən azı 1 il Moskvada yaşayardım. Moskvadan doymaq olmur ki.

- “Qəriblik, qəriblik, aman qəriblik/Çökübdür sinəmə uca dağ kimi”, - yazmısan. 3-4 günə qəriblik təsir edirsə, 1 il necə qalacaqsan?

- Heç yer vətən ola bilməz. Vətənin bir qarış yerini dünyaya dəyişmək olmaz. Gəzməyə qürbət ölkə.., - deyiblər. Vətən üçün darıxıram.

Tarix
2017.12.05 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla