Yuxarı

“Ulu öndərin arzuladığı gənclik yetişib”

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ulu öndərin arzuladığı gənclik yetişib”

Hər bir xalq özünün sağlam, xoşbəxt gələcəyə olan ümidlərini gənc nəslə bağlayır. Gənc nəslin sağlam, bilikli yetişməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılıdır.

Kult.az xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova bildirib.

B. Məmmədova hazırda ölkənin 28.1%-ni gənclər təşkil etdiyini qeyd edib:

“Bu gün əminliklə demək olar ki, Azərbaycan gənci müstəqil dövlətini, milli mənəvi dəyərlərini, doğma ana dilimizi göz bəbəyi kimi qoruyub yaşadır. Bu gün Azərbaycanda 2 fevral “Gənclər günü” kimi qeyd olunur. Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümumilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Formu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu forum Azərbaycanda Gənclər hərəkatının inkişafına təkan verdi.

1997-ci il fevralın 2–si Azərbaycanda “Gənclər günü” elan edilib. Artıq bu gün Ulu öndərin arzuladığı gənclik yetişib. Bu gün ölkəmizdə müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclər hər bir sahədə ölkəmizə töhvə verir. Cənab Prezidentin uğurla davam etdirdiyi siyasət gənclərin xaricdə təhsil almağına, dünyaya Azərbaycan dövlətini tanıtmağa, gəncliyin inkişafına imkan yaradır. Gələcəyimiz olan gənclərlə bağlı aparılan siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Gənclərimiz də onlara yaradılan imkanlardan layiqincə yaralanır, həm öz inkişafının təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmalıdır”.

Tarix
2018.01.31 / 17:10
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla