Yuxarı

İranın iddia etdiyi 17 Azərbaycan şəhəri...

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az AMEA-nın əməkdaşı, dosent Zaur Əliyevlə müsahibəni təqdim edir.

- İranda bir sıra rəsmi və dini şəxslər, eləcə də tarixçilər Gülüstan və Türkmənçay müqaviləsinin İranı parçaladığını düşünürlər. Bu iddialarda həqiqət payı nə qədərdir?

- Bu müqavilələr bağlanan zaman Azərbaycan İranın tərkibində olmayıb. Bunu birdəfəlik bütün dünya qəbul etməlidir. İran adlanan dövlət tarixdə olmayıb. Bugünkü İran deyilən ərazilər Səfəvilər, Əfşarlar və digər dövlətlərimizin əraziləri idi. “İran coğrafiyası” anlayışı yoxdur. Bu konkret türk coğrafiyasıdır və ora Azərbaycan xalqının, dövlətlərinin bazasını təşkil edən 32 türk tayfasının tarixin bütün dövrlərində yaşamış dədə-baba yurdudur. Müqavilələrə gəldikdə isə Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət ölkə idi və mərkəzləşdirilmiş dövlət strukturu yox idi. Bu iki müqavilə də Qacar dövləti ilə Rusiya arasında Azərbaycanın bölüşdürülməsi xarakteri daşıyır. Sadəcə olaraq, bir xalqın, 32 tayfanın yurdu olan əraziləri iki dövlət - Rusiya İmperiyası və Dövləti-Qacariyyə öz arasında bölüşdürüb. Dövləti-Qacariyyənin də bu addımı atması Britaniyanın təsiri idi. Rusiyanı Hindistandan uzaqlaşdırmaq üçün türk torpaqlarını onlara verməyə razılaşıblar. 1813-cü ilin 12 oktyabrında “Gülüstan” sülh müqaviləsindən əvvəl Azərbaycanın ümumi ərazisi 480 min kvadrat kilometr olub. Müqaviləni Dövləti-Qacariyyə tərəfdən şahın vəkili Mirzə Əbdül Həsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayıb. 11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra “əbədi dostluq şəraitində yaşayacaqlarına” söz verdilər. 32 tayfanın bir hissəsi Arazın bir tərəfində, digəri isə o tərəfdə qaldı. Qacar şahı özünün və taxt-tac varisləri adından Qarabağ, Gəncə, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı xanlıqlarını və Talış xanlığının rus imperiyasının hakimiyyəti altında olan ərazilərini, həmçinin bütün Dağıstan, Gürcüstan (Şuragel vilayətiylə birgə), İmeretiya, Quriya, Minqreliya və Abxaziyaya çəkilmiş sərhəd və Qafqaz sərhəd xətti arasında yerləşən bütün ərazilərin və orada yaşayan millətlərin Xəzər dənizinə qədər rus imperiyasına məxsus olmasına razılığını bildirdi. Lakin bu, Rusiyanın işğalçılıq planlarının birinci hissəsi idi. 1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da “İsanın anadan olmasının 1828-ci ilində” gecə, münəccimin təyin etdiyi vaxtda, saat 12:00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Müqaviləyə görə, İrəvan və Naxçıvan Rusiyaya verildi, Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edildi. Bundan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə köçürülməsi başladı və xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürüldü. Tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.

- “Əgər Gülüstan və Türkmənçay müqaviləsi olmasaydı, hazırki Azərbaycan əraziləri İranın tərkibində qalacaqdı” deyə bir fikir var.

- Nadir şahdan sonra İranda başıpozuqluq yenidən baş qaldırdı və Ağa Məhəmməd Şah Qacarın hakimiyyətə gəlməsinədək davam etdi. Şübhəsiz ki, yeni şah böyük sərkərdə və ziyalı idi. Üstəlik, Ağa Məhəmməd Şah Qacarın yeni dövlət yaratmaq məqsədinin “Fars-İran hökmranlığı”na heç bir aidiyyəti ola bilməz. Buna ən bariz nümunə Qacarın vahid dövlət ətrafında birləşmək naminə Urmiya Xanlığının xanı Əli xan Əfşara yazdığı məktubdur. Həmin məktubda Qacarlar dövlətinin qurucusu yazırdı: “Türk tayfaları Əfşarlar və Qacarlar bir-birilə müharibə aparmaqla ümumu düşmənin qələbəsi üçün imkan yaradırlar. Qacar tayfaları ilə ittifaq bağlamaqla Əfşar tayfaları öz vilayətlərinin müstəqilliyini qoruya bilərlər və heç kimin onların torpaqlarına hücum etməyə cəsarəti çatmaz”. Ona görə də hesab edirik ki, Ağa Məhəmməd Şah Qacar Əfşarların süqutundan sonra ortaya çıxan bütün xanlıqları, o cümlədən Cənubi Azərbaycan xanlıqlarını yeni dövlətın ətrafında birləşdirdiyi kimi, çox haqlı və təbii olaraq Şimali Azərbaycan da daxil olmaqla, Cənubi Qafqazı da bu birliyin, vahidliyin içində görmüşdü. Rusiyanı özünə düşmən bilməsi onun Şuşada rus agentləri tərəfindən qətl edilməsi ilə nəticələndi. Ondan sonra hakimiyyətə gələn şəxslər Əfşarlar kimi türk olsalar da, onlar Səfəvilər dövründə mövcud olmuş türklük əhval-ruhiyyəsini saxlamadılar, dövlətin xarakterini dəyişdirib Şah Abbasın dövründə başlanan fars ənənələrini davam etdirdilər. Dövlətin ideologiyası özünün türk-Azərbaycan mahiyyətindən uzaqlaşıb farsçılıq rəngini aldı. Ona görə də bu gün istər İran, istərsə də Avropa tarixçiləri Əfşarların hökmranlığını bir türk dövlətinin mövcudluğu kimi deyil, fars dövlətçiliyinin nümunəsi sayırlar. Doğrudur, Qacarların bir türk sülaləsi olmasını əsasən nə dünya tarixşünaslığı, nə də bölgənin türk, fars, ərəb və başqa tarixçiləri inkar etmirlər. Öncə, türk-moğol haklimiyyəti, ancaq əsasən Səfəvilər dönəmindən başlayaraq Qarabağın, Gəncənin, Şirvanın, Şəkinin, İrəvanın və onlara yaxın ərazilərin hakimləri Qacarlar olmuşlar. Buna görə bu müqavilələr olmasaydı, regionda Qacar dövləti qalacaqdı və nə Rusiya, nə Amerika, nə Britaniya, nə də Fransa kimi dövlətlər burada Rza şah kimi, Xomeyni kimi satqınların rəhbərlik etdiyi İran adlı dövləti yarada biləcəkdi.

- İran tez-tez Naxçıvana ərazi iddiası edir. Bu iddianın hansısa əsasları varmı və burada hər hansısa bir təhlükə törədilə bilərmi?

- Gəlin bu məsələyə qısa cavab verim. İran iqtisadi, siyasi və istənilən cəhətdən kiçik ölkələrə təsir edə bilər, amma Azərbaycana deyil, bunun üçün kifayət edən resurs və iradə yoxdur, çünki çoxlu daxili problemlər var və bu daxili problemlərdən də ən böyüyü 35 milyon azərbaycanlı və 10 milyona yaxın tarixən bizə bağlı türk xalqlarıdır. İran hansı səviyyədə nə danışır-danışsın, bu, sadəcə sözdür - öz daxili auditoriyasına hesablanmış sözlər.

Naxçıvan məsələsinə gəldikdə, bütün dünyada nüfuzlu alimlər təsdiq edirlər ki, buranın ən azı 7.500 il yaşı var və bu torpaqlarda türklər yaşayanda fars adlanan millətin adı heç bir qaynaqda, abidədə və yazılı mənbələrdə yox idi. Naxçıvanın nəinki əhalisi, daşı, torpağı belə türk qoxuyur. İranın bura iddia etməsi sadəcə mənasız söz yığnağıdır. Bu iddianı irəli sürənlər Xiyabanini, Səttərxanı, Pişəvərini yada salsın, bu, səslərini kəsməyə kifayət edər.

- Əli Xamenei tez-tez Gülüstan və Türkmənçaydan danışarkən, Qafqazın 17 şəhəri iddiasını ortaya atır, deyir ki, bu şəhərlər İrandan alınıb. Bu şəhərlər hansılardır?

- Qumdan və Tehrandan istiqamətləndirilən hədəflərə hesablanmış İrəvan (Ermənistan), Tiflis, Batumi, Sarvan (Marneuli), Rustavi (Gürcüstan), Dərbənd (Dağıstan), Beyləqan, Bakı, Bərdə, Gəncə, Quba, Şəki, Lənkəran, Salyan, Mingəçevir, Sumqayıt və Şuşa (Azərbaycan) şəhərləri daxil olmaqla, “Qafqazın 17 şəhəri” strategiyası İranın “Qafqaz siyasəti”nin əsas tərkib hissəsidir. Bütün bunları uzlaşdırmaq üçün “Aran” Mədəni Müəssisəsi adlı mərkəzi yaradaraq, həmin şəbəkələrin koordinasiya şəklində fəaliyyətini nizamlanır. İranın Tehran, İsfahan, Yəzd, Qəzvin, Qum, Ərdəbil, Məşhəd, Kirman, Mazandaran, Rəşt, Lahican, Şiraz və digər universitetlərində çalışan mütəxəssislər tərəfindən hazırlanan layihələr öncə XİN-ə və buradan isə “Aran” Mədəni Müəssisəsinə təqdim olunur. Bu proyektlərdə “Qafqazda iri şəhərlərin və onların çevrəsindəki coğrafi ərazilərin qədim İran torpaqları” mövzusu İranın televiziya və radio kanallarında, qəzet və jurnallarında uzun müddətdir ki, geniş şəkildə təbliğ olunur. Digər tərəfdən isə bu strategiya bütün orta məktəb və universitetlərin dərsliklərinə daxil edilibdir. Bununla da hər bir İran vətəndaşının beynində “Güney Qafqaz İranın tarixi coğrafi ərazisidir” fikri yaradıblar. Bunu illərdir edirlər, lakin 44 günlük müharibə və 24 saatlıq anti-terror əməliyyatı İran adlanan dövlətin gələcəyini şübhə altına alıb. Çox az adam bilir ki, Qarabağın 30 il işğalda qalması, Qərbin Azərbaycana kömək etməməsinin bir səbəbi də İranla NATO arasında olan gizli müqavilədir. İran NATO ilə münasibətlərdə güzəştlərə sadəcə bir səbəbə görə gedirdi: Qarabağın Azərbaycanın tərkibinə qatılmasına imkan verməməlidir. Çünki Azərbaycan öz ərazilərinə tam sahib olandan sonra İrandakı teokratik rejim üçün böyük təhlükələr ortaya çıxa bilərdi. Buna görə də İranda təhsil almış kadrların sayəsində Azərbaycan əhalisinin diqqəti Qarabağa deyil, daha çox “Fələstin məsələsi”nə yönəldilməli idi, “islam” və “Əhli-Beyt” pərdəsi altında xomeyniçilik Azərbaycan gəncləri arasında yayılmalı idi və s. Lakin onlar bu məsələdə ciddi uduzdular və bu gün Qarabağ qələbəsi şimallı-cənublu azərbaycanlıların qüruruna çevrildi. İranda dini hakimiyyət anlayır ki, onların sonuna az qalıb.

Artıq çox adam bilir və görür ki, islam dini adı altında İran mollakratiya rejiminin çoxsaylı ”mərasimləri” mövcuddur. Faktiki olaraq hər ay islamın ilkin çağında yüksək imtiyazları olan bir sıra xadimləri bəhanə edərək, məscidlərdə, mədrəsələrdə, bir sıra cəmiyyətlərdə mərasimlər keçirilir. Demək olar ki, Azərbaycanın hər yerində, hətta qədim torpağımız olan Borçalıda İran mollakratiya rejiminin dini təlim mərkəzlərində təhsil almış kadrlar “rövzəxanlıq” adı altında moizələr oxumaqla soydaşlarımızın cibini soyurlar. İslam dininə heç bir aidiyyəti olmayan mövhumatçı uydurma rəvayətlər söyləməklə, yalandan göz yaşları tökməklə və “dindoş”luq edərək ciblərini doldurur, insanların humanizmindən, dinə olan sevgisindən sui-istifadə edərək, onları iranyönlü zümrəyə çevirirlər. Soyğunçuluqla yanaşı, “şiə təriqəti” adı ilə soydaşlarımızı digər müsəlman əhalisinə qarşı yönəltməyi də hədəfləyiblər. Belə bir durum bəşəri faciənin dəhşətlərindən biridir. Bir yandan bilgisiz soydaşlarımızın cibini soy, digər yandan isə soydaş toplumlar arasında düşmənçilik yay. Elə Ermənistanın, Rusiyanın, Amerikanın, Birtaniyanın, Fransanın strateji hədəflərindən biri də budur. Lakin daha bunlar keçmir.

Tarix
2024.02.14 / 08:30
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla