Yuxarı

Sandaldan Güney Azərbaycana dəstək – Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sandaldan Güney Azərbaycana dəstək – Video

"Rizinq Star Türkiyə" (Türkiyənin parlayan ulduzu) yarışmasına Cənubi Azərbaycandan qatılan Fərzad Samieyi adlı iştirakçının çıxışı böyük maraqla qarşılanıb.

Axar.az xəbər verir ki, o, "Öncə yaradan yar" mahnısı ilə növbəti mərhələyə keçib. Daha sonra həmyerlimiz izləyicilərin xahişi ilə "Ağrı Dağın ətəyində" və "Səni sənə" mahnılarını ifa edib.

Münsiflərdən xoş sözlər eşidən Fərzad İrandakı Urmiya gölü haqda məlumat verib. O, Cənubi Azərbaycan ərazisində olan su hövzəsinin getdikcə quruduğunu və bunun bir çox faciələrə səbəb ola biləcəyini dilə gətirib. F.Samieyi dövlətin bu mövzuda çox şey etdiyini, lakin bunun kifayət etmədiyini, dünyadan da Urmiya gölünə ediləcək köməyi gözlədiyini bildirib. Münsiflər kürsüsündə oturan Mustafa Sandal, İrəm Dərici və Yılmaz Morgül bu haqda sosial şəbəkədə paylaşım edəcəklərinə söz veriblər.

Sözünü tutaraq ilk paylaşımı M.Sandal edib. O, "Verdiyimiz sözü heç vaxt unutmarıq. Urmiya gölü quruyub səhra olmasın", - deyə, öz hesabında yazıb.

Qeyd edək ki, Acun İlıcalının rəhbəri olduğu TV8-də yayımlanan "Rizinq Star"ın münsiflər heyətinə müğənnilər İ.Dərici, Y.Morgül, M.Sandal və həyat yoldaşı Əminə Sandal daxildir.

Tarix
2016.07.28 / 13:54
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla