Yuxarı

“Özümü buna görə xoşbəxt sayıram” - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Özümü buna görə xoşbəxt sayıram” - Foto

Belə bir musiqi bayramının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qəbələ VIII Beynəlxalq Musiqi Festivalının xüsusi qonağı, xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışan səfir qeyd edib ki, o, Qəbələ səhnəsinə oğlu, gənc dirijor Murtuza Bülbülün rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxıb, buna görə özünü xoşbəxt hesab edir:

"Bu festivalın böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı parlaq gələcək gözləyir. Festivalın təməli yaxşı qoyulub, indi isə onu inkişaf etdirmək lazımdır. Özünüz də, görürsünüz ki, ötən 8 ildə böyük uğurlar əldə olunub".

Polad Bülbüloğlu qeyd edib ki, Qəbələ festivalı artıq dünyada tanınır və qəbul olunur: "Bu musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna çevrilib və onlar dəvət gözləyirlər. Dünyanın tanınmış musiqiçiləri, solistləri Qəbələ səhnəsində konsert verirlər. Bu böyük uğurdur. Təbii ki, həmin əcnəbi musiqiçilər öz ölkələrinə qayıdanda Azərbaycan barədə, Qəbələ haqqında danışırlar. Bu da Azərbaycanın dünyada daha da tanınmasına kömək edir. Bilirsiz ki, musiqiçilər dünyada çox gəzirlər, müxtəlif şəhərlərə səfərlər edərək konsertlərdə olurlar. Hazırda bir çox ölkələrdə bu cür böyük tədbirlərin təşkili üçün bəzən maliyyə məsələləri ilə bağlı müəyyən çətinliklər olur, amma Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi mühüm tədbirləri mütləq qoruyub saxlamaq və yaşatmaq lazımdır. Çünki musiqi aləmində bu böyük bayramdır. Azərbaycanın paytaxtdan və bölgələrindən insanlar bu festivalın konsertlərinə gəlirlər, Qəbələdə dincələn xarici turistlərin axşamlar klassik musiqi dinləmək üçün necə həvəslə festivala gəldiyini görürəm. Mən inanıram ki, bu festival hələ uzun illər yaşayacaq və böyük uğurlar əldə edəcək".

Tarix
2016.07.31 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla