Yuxarı

Qəbələdə virtuozların konserti... - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə virtuozların konserti... - Foto

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində yerli və xarici tamaşaçılar dünya şöhrətli musiqiçilərin və bədii kollektivlərin konsertlərini izləməkdə davam edirlər.

Axar.az xəbər verir ki, avqustun 4-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı açıq səhnədə təşkil edilən Ukraynanın "Kiyev virtuozları" Kamera Orkestrinin növbəti konserti böyük marağa səbəb olub.

Bir çox beynəlxalq müsabiqələrin qalibi, hər il xarici ölkələrdə 40-dan çox konsert verən israilli Gil Şohatın dirijorluğu ilə keçən konsertdə Nitai Yerusəlim Musiqi Mərkəzinin və Gənc İsrail Filarmonik Orkestrinin baş müəllimi Nitai Zori (violin), Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova (piano) və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (piano), Azərbaycan Respublikasının Əməkdar Artisti Aleksey Miltıx (violonçel) iştirak ediblər.

L.V.Bethoven, M.de Falya və F.Mendelsonun musiqi əsərlərinin səsləndirildiyi konsert tamaşaçılara xoş anlar bəxş edib.

Tarix
2016.08.04 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla