Yuxarı

Sonra gördüm ki, ən təmiz yer oraymış...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sonra gördüm ki, ən təmiz yer oraymış...

Bu gün sevilən müğənni Akif İslamzadənin doğum günüdür.

Axar.az xatırladır ki, o 1948-ci ilin 8 avqustunda Bakıda anadan olub.

1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi ifaçılığa başlayan müğənni 1976-cı ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. Müğənninin ifa etdiyi "Sarı gəlin", "Bu gecə", "Neyləyim", "Ayrılıq" kimi mahnıları dinləyicilərinin qəlbində silinməz iz buraxıb.

Onun müxtəlif müsahibələr zamanı ifadə etdiyi fikirlərindən bəzilərini təqdim edirik:

Həyatım enişli-yoxuşlu olub. Bu həyatda böhtan da görmüşəm, məkr də, xəyanət də… Amma yaşadığım həyatı olduğu kimi qəbul etmişəm. Məyusluqlarım da olub, itkilərim də.

***

Anam rəhmətə gedəndə 57 yaşım var idi. Onun yoxluğundan sonra mən yetim oğlu yetim yetimçiliyin nə olduğunu başa düşdüm. Baxmayaraq ki, 57 yaşım var idi... Allahdan sonra öz balasına, bəşər övladına təmənnasız sevgisi olan bir məxluq varsa, o da anadır. Yenidən anamla birgə olduğum günlərə qayıtsaydım, maraqlıdır, nə edərdim? Yenidən o yaş dövrünə qayıtsaydım, nəyi etiraf edərdim?

Anam yenidən bizimlə birgə olsa idi, yəqin üzrxahlıq edərdim ki, ona az vaxt sərf etmişik, qədrini axıracan bilməmişik, nəzakətsizlik etmişik bəlkə, hər halda belə olardı.

***

Mənim həyat devizim Cəlaləddin Ruminin "Olduğun kimi görün, göründüyün kimi ol" məsəli olub. Ən böyük arzum, bu devizə əməl etməkdir ki, bu da hər adama qismət olmur.

***

Keçmişə qayıtmaq şansım olsaydı, heç nəyi dəyişməzdim. Nəyisə dəyişməyin özü də insandan-insana dəyişir, yəni dəyişənlər biri-birindən fərqlənir. Elə götürək məni, heç vaxt keçmişə qayıtmaq, nəyisə düzəltmək fikrim olmayıb. "Kaş ki"lər mənə görə deyil. Bu kimi nostalji hisslərə qapılan deyiləm. Allah insana seçim hüququ, qabiliyyəti verib. Onu da insan bineyi-qədimdən düzgün istifadə etmir, həmişə səhv seçir. Yoxsa, cənnətdən qovulmazdıq ki...

***

Bütün mahnıların—"Qaragilə"dən tutmuş "Sarı gəlin", "Laçın", "Girdim yarın bağçasına"dək—hamısının bəstəkarı olub. Amma zaman keçdikcə bəstəkar da, sözlər də, ilk ifaçı da unudulub və mahnı xalq mahnısına çevrilib. "Neyləyim" də bu tipli sevilən mahnıdır...

***

Azərbaycan musiqisi dünən olub, bu gün var, sabah da olacaq. Söhbət ondan gedir ki, bu sənətdə olanların əksəriyyətinin istedadı var, onlara tələb də var, amma elmi yoxdur. Hər bir millətin enerjisi var, son 60-80 ildə hamı bu enerjini çalıb-oxumağa yönəldib.

***

Elə hesab edirdim ki, mən yaşadığım musiqi aləmi çirkabdır. Qıraqdan baxanda isə gördüm ki, ən təmiz yer oraymış. Həyata baxdım ki, çirkab içindədir, 10 manata görə ana-atasını satanlar var.

Tarix
2016.08.08 / 15:08
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla