Yuxarı

“Kiyev virtuozları” bu dəfə Zaqatalada - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kiyev virtuozları” bu dəfə Zaqatalada - Foto

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ukraynanın məşhur "Kiyev virtuozları" Kamera Orkestrinin respublikamızın şimal-qərb bölgəsində səyyar konsertləri davam edir.

Axar.az xəbər verir ki, festival çərçivəsində növbəti konsert avqustun 9-da Zaqatala şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilib. Konsertdə yerli musiqisevərlərlə yanaşı, şəhərin qonaqları da iştirak ediblər.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə uğurla keçən Qəbələ Musiqi Festivalının respublikamızın mədəni həyatında çox əlamətdar hadisə olduğunu vurğulayaraq, bu möhtəşəm musiqi bayramının konsertlərindən birinin qızılgüllər diyarı Zaqatalada təşkilinə görə festivalın rəhbərliyinə minnətdarlığını bildirib.

Festivalın bədii rəhbəri, "Kiyev virtuozları" Kamera Orkestrinin musiqi rəhbəri, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsert F.Əmirovun "Nizami" simfoniyasından "final" hissənin ifası ilə başlayıb. Həmçinin V.A.Motsartın "Skripka və kamera orkestri üçün 5 saylı konsert", P.Çaykovskinin "Florensiya xatirələri", Q.Qarayevin "7 gözəl" və "İldırımlı yollarla" baletlərindən parçalar səsləndirilib.

Yerusəlim simfonik orkestrinin konsertmeysteri, tanınmış violin ifaçısı Janna Qandelman da konsertdə iştirak edib.

"Kiyev virtuozları" kamera orkestrinin növbəti konserti avqustun 10-da Qax şəhərində olacaq.

Tarix
2016.08.09 / 22:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla