Yuxarı

Alp dağlarında Azərbaycan musiqisi - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alp dağlarında Azərbaycan musiqisi - Foto

Avstriyanın ən füsunkar təbiətə malik Karintiya əyalətində növbəti dəfə klassik Azərbaycan musiqisindən ibarət konsert axşamı keçirilib. Tədbir Avstriyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Hayliqenblut qəsəbəsi bələdiyyəsi və bu qəsəbədə yerləşən "Rupertihaus" otelinin birgə əməkdaşlığı şəraitində baş tutub.

Axar.az xəbər verir ki, Hayliqenblut bələdiyyəsinin zalında keçirilən tədbirdə yerli bələdiyyənin və icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Konsertdən öncə "Hotel Rupertihaus"in sahibi, iş adamı Fərid Haqverdiyev bildirib ki, artıq ikinci dəfə baş tutan bu mədəniyyət tədbirinin məqsədi Azərbaycan musiqisi və mədəniyyətini Avstriya ictimaiyyətinə yaxından tanıtmaqdır. O, Azərbaycanın və Avstriyanın qədim musiqi tarixinə və ənənələrinə malik olduğunu qeyd edərək iki ölkə arasındakı oxşar cəhətlərə də toxunub. Bildirib ki, Avstriya klassik musiqinin beşiyi olduğu kimi, Azərbaycan da Şərq musiqi mədəniyyətinin ən zəngin formalarını özündə ehtiva edir. Hər iki ölkənin dünyaya tanıdılmasında onun musiqisi xüsusi rol oynayır. Gələcəkdə də Azərbaycan və Avstriya mədəni əlaqələrinin dərinləşməsi üçün artıq ənənə halını almış birgə layihələr davam etdiriləcək.

Sonra beynəlxalq müsabiqələrin laureatı olan gənc Azərbaycan musiqiçiləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Konsertdə bəstəkarlar Yohann Sebastian Bax, Qara Qarayev, Cüzeppe Verdi, Aleksandr Skryabin, Asəf Zeynallı, Coakkino Rossini, Fərhad Bədəlbəyli, Frederik Şopen, Volfqanq Amadeus Motsartın əsərləri səsləndirilib.

Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadənin tarda milli musiqimizlə yanaşı, klassik musiqi əsərlərini, xüsusilə V. A. Motsartın "Türk marşı" sonatası və macar milli rəqsi "Çardaş"ı məharətlə ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub. Solistlər Osman Eyyublu (skripka), Elçin Hüseynov (vokal) və Tofiq Şıxıyevin (fortepiano) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin zirvə nöqtəsini Müslim Maqomayevin "Azərbaycan" mahnısı təşkil edib.

Sürəkli alqışlarla keçən konsertdən sonra tamaşaçılar yaxın gələcəkdə bu cür mədəni tədbirlərin tez-tez keçirilməsi arzusunu ifadə ediblər.

Tarix
2016.08.09 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla