Yuxarı

“Kiyev virtuozları” bu dəfə Şəkidə - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kiyev virtuozları” bu dəfə Şəkidə - Foto

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin budəfəki musiqili qonağı VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ukraynanın məşhur "Kiyev virtuozları" Kamera Orkestri olub.

Axar.az xəbər verir ki, festival çərçivəsində şimal-qərb bölgəsində konsertlər verən kamera orkestri sonuncu səyyar konsertini avqustun 11-də Şəki şəhərindəki Yay teatrında keçirib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kollektivi salamlayaraq, Şəkinin artıq festivallar şəhəri kimi tanındığını, hər il bu şəhərdə 4-5 beynəlxalq festivalın keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, 2016-cı ildə Şəki artıq iki beynəlxalq festivala, həmçinin bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib. Sentyabrda Şəkidə daha bir beynəlxalq festivalın keçirilməsi nəzərdə tutulur.

Kollektivin rəhbərinə Şəki ilə bağlı xatirə hədiyyəsi təqdim olunub.

Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, "Kiyev virtuozları" Kamera Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman konsertdə iştirak edib.

Konsertdə Fikrət Əmirovun "Nizami" simfoniyasından "final" hissə, V.A.Motsartın "Skripka və kamera orkestri üçün 5 saylı konsert", P.Çaykovskinin "Florensiya xatirələri", Q.Qarayevin "7 gözəl" və "İldırımlı yollarla" baletlərindən parçalar səsləndirilib.

Orkestrın çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bununla da "Kiyev virtuozları" Kamera Orkestrinin şimal-qərb bölgəsində səyyar konsertləri başa çatıb.

Tarix
2016.08.11 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla