Yuxarı

Bakılı gənc dünyanı fəth edir - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakılı gənc dünyanı fəth edir - Video

Bu gün dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin doğum günüdür.

Axar.az xatırladır ki, SSRİ xalq artisti Müslüm Maqomayev 1942-ci il avqustun 17-sində Bakıda anadan olub. 19 yaşında Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.

İlk konsertini Parisin "Olimpiya" konsert salonunda verən müğənni bundan bir il sonra - 1969-cu ildə Polşada keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

Getdikcə nüfuz qazanan Maqomayev 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. O, 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb.

O, dünyanın bir çox ölkələrində tanınıb, sevilirdi. Müslüm Maqomayev o qədər böyük idi ki, hətta SSRİ mədəniyyət naziri Yekaterina Furtseva da onu öz himayəsinə götürmüşdü.

Müğənniliklə yanaşı filmlərə də musiqi yazan Müslüm Maqomayev SSRİ-nin "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib.

Böyük sənətkar Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat edib və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.

Tarix
2016.08.17 / 21:43
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla