Yuxarı

Bakıda ilk dəfə tanqo gecəsi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ilk dəfə tanqo gecəsi

YARAT FreeStyle və yenicə açılmış Bakı Tanqo On Məktəbi, hər kəsi Maxo Martirena və Rodriqo Fontinin iştirakı ilə möhtəşəm tanqo rəqsləri gecəsinə dəvət edir.

Axar.az xəbər verir ki, YARAT bununla bağlı özünün Feysbuk səhifəsində elan yerləşdirib.

"Təxminən bir il bundan əvvəl, Maxo Martirena (Uruqvay) və Rodriqo Fonti (Argentina) yeni yaradıcılıq səyahətinə çıxıblar. Bu səyahətdə onlar müxtəlif obrazları, onların canlandırılması yollarını davamlı şəkildə araşdırır, hər bir məqamı səmimiyyət və təravətlə dolu olan yeni rəqsləri axtarırlar.

"Biz, böyük sevgi ilə sizə tanqonun və tərəfdaşınızla "əlaqə qurmağın" bütün incəliklərini göstərməyə, tanqoda hiss etdiyimiz qeyri-adi və möcüzəli anları yaşatmağa çalışırıq. Bu anlar bizi rəqs etməyə sövqləndirir", - elanda qeyd olunub.

Gecə sentyabrın 2-də YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək.

Tarix
2016.08.23 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla