Yuxarı

Alim Qasımov üç ölkədə konsert verir

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim Qasımov üç ölkədə konsert verir

Sentyabrın 9-da xalq artisti Alim Qasımov Morqenland Musiqi Festivalı çərçivəsində Almaniyada konsert proqramı ilə çıxış edəcək.

Azərtac xəbər verir ki, Almaniyanın Osnabryuq şəhərində baş tutacaq konsertdə sənətkarı kamança ifaçısı, əməkdar artist Rauf İslamov və caz ifaçı əməkdar artist Salman Qəmbərov müşayiət edəcəklər. Eyni zamanda A.Qasımov fransalı məşhur tuba ifaçısı Mişel Qodar ilə eyni səhnəni bölüşəcək. Xanəndə, həmçinin sentyabrın 15-də Niderlandın paytaxtı Amsterdamda konsert proqramı ilə çıxış etməyi planlaşdırır.

Qeyd edək ki, Alim Qasımovun iştirakı ilə sentyabrın 17-dən oktyabrın 17-dək ABŞ-ın bir sıra şəhərlərində 11 konsert proqramı və ustad dərslərinin keçirilməsi nəzərdə tutulub. Amerikada baş tutacaq konsertlərdə Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə çıxış edəcək. Konsertdə ABŞ-ın məşhur "Mart Morris" rəqs qrupunun rəqs ifaları altında "Leyli və Məcnun" operasından səhnəciklər təqdim olunacaq.

Qeyd edək ki, ABŞ-da baş tutacaq konsert proqramı "Yo-Yo Ma" və "İpək Yolu" ansamblının müşayiəti ilə reallaşacaq.

Tarix
2016.09.07 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla