Yuxarı

Cəlal Abbasovla görüş keçirildi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəlal Abbasovla görüş keçirildi

Bu günlərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Musiqi sülhə səsləyir" adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Beynəlxalq Sülh Günü münasibətilə "Sülh aylığı" çərçivəsində baş tutub.

Tədbir çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Cəlal Abbasovla görüş keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan bəstəkarlarının əsərlərində sülh mövzusuna hər zaman önəm verilib.

Qeyd olunub ki, ümumbəşəri mövzuları insanların diqqətinə çatdırmağı bacaran bəstəkarlarımızın əsərlərində insanpərvərlik, humanizm, insan haqları və azadlıqları ideyaları xüsusi yer tutur. Bu baxımdan bəstəkarlarımızın gördüyü işlər dünyada tanınaraq qəbul olunur.

Tədbirdə çıxış edən Cəlal Abbasov sülh mövzusunda yazdığı musiqi əsərləri haqqında fikirlərini bölüşüb. Bu mövzuya müraciət etməsinin səbəblərindən söz açan bəstəkar yaradıcılıq planlarından da danışıb. Tədbirdə Cəlal Abbasovun Birləşmiş Millətlər Təşkilatının (BMT) mükafatına layiq görülmüş "İf İ could see you again..." adlı IV simfoniyasının videoyazısı və "Sülhün səsi" adlı III simfoniyasından videofraqment nümayiş olunub.

Həmçinin əməkdar artist Fəridə Məmmədova və İlahə Sadıxzadənin ifasında sülh mövzularına həsr olunmuş müxtəlif musiqi nömrələri səsləndirilib.

Daha sonra bəstəkar tədbir iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, Cəlal Abbasov həm də BMT-nin "Ümumdünya İnsan Hüquqları" Bəyannaməsinin 50 illiyinə həsr olunmuş müsabiqənin qalibidir.

Tarix
2016.09.09 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla