Yuxarı

Tanınmış musiqiçidən Habil Əliyevə... - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış musiqiçidən Habil Əliyevə... - Video

Tanınmış klarnet ifaçısı Zahid Qubadlı əfsanəvi sənətkar Habil Əliyevin "İlk məhəbbət" adlı bəstəsinə klip çəkdirib.

Ölkə.az-ın məlumatına görə, ekran işinin operatoru Nəriman Süleymanov, montajçısı Azad Mirzədir.

Klipin rejissorluğunu isə Z.Qubadlı özü edib. Musiqiçi gördüyü iş barədə bunları deyib:

"Hər zaman böyük sənətkarların həm həyatları, davranışları, həm də sənətləri mənimçün nümunə olub. Xoşbəxt musiqiçiyəm ki, sağlığında Habil Əliyev kimi dahi sənətkardan belə xoş sözlər eşitmişəm. Həm də o bu sözləri məni tanımadan deyib və sonradan tanış olmuşuq. İstədim ki, bu ifamı Habil müəllimin əziz xatirəsinə ithaf edim".

Z.Qubadlı klip və ifası barədə də danışıb:

"İfada nağara və dəmkeş iştirak edib. Özüm belə olmasını istədim. Çünki Habil Əliyevin sənətinin bəzək-düzəyə ehtiyacı yoxdur. O özü də sadə insan olub. İnanıram ki, ifamı bəyənəcəklər. Elə klipin də sadə olmasını istədim, ideya da özümə məxsusdur".

Tarix
2016.09.24 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla