Yuxarı

Fransanın tanınmış ifaçısı Bakıda - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransanın tanınmış ifaçısı Bakıda - Foto

Oktyabrın 23-də Bakıda Fransanın məşhur caz ifaçısı Pierre de Treqomain və kvarteti konsert proqramı ilə çıxış edib.

Axar.az xəbər verir ki, "Landmark Rotunda" caz klubunda baş tutan konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşib.

Möhtəşəm ifa nümayiş etdirən P.Treqomain konsertdə öz vokal imkanlarını bütünlüklə təqdim etməklə yanaşı, musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Bundan əlavə, ifaçı caz musiqisinin pop, klassik musiqi və fransız musiqisi kimi müxtəlif janrların sintezi təsiri bağışladığı universal musiqi üslubunu nümayiş etdirib. Paytaxt sakinləri və şəhərimizin əcnəbi qonaqlarının da qatıldığı konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, Pierre de Treqomain 2008-ci ildə keçirilən "Crest Jazz Vocal" festivalında birinci yerə layiq görülüb. Onun fransız və ingilis dilindəki orijinal kompozisiyalardan ibarət "My cold song" adlı ilk albomu 2010-cu ildə işıq üzü görüb. Eyni zamanda, o, 2012-ci ildə "Jazz magazine" tərəfindən "Ən məşhur kişi müğənniləri" sırasına daxil edilib.

Ölkəmizə və milli musiqimizə marağı olan P.Treqomain Azərbaycanın tanınmış muğam ifaçısı Qoçaq Əsgərovla möhtəşəm kompozisiyalar üzərində işləməyə başlayıb.

Tarix
2016.10.23 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla