Yuxarı

Röya və Hadisə Olimpiya stadionuna çıxacaq

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Röya və Hadisə Olimpiya stadionuna çıxacaq

Bakı Olimpiya Stadionunun (BOS) təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılar Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

BOS-un mətbuat xidmətindən Report-a verilən məlumata görə, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusiflə yanaşı türk estrad ulduzları Hadisə, Demet Akalın, Murad Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur dj-lər Cemrə və Mahmud Orxan çıxış edəcəklər.

Stadionun əsas meydançada təşkil olunan konsert proqramı Yeni ilə geriyə-sayım, bayram salyutu və diskoteka ilə davam olunacaq.

Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

Biletlərin satışı gələn həftə başlayır, biletlərin qiyməti 9 manatdan başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində əldə etmək olar.

Konsert proqramın başlanması 20:00 üçün nəzərdə tutulub. Konsertlə bağlı hər-hansı əlavə məlumat Bakı Olimpiya Stadionun saytında və sosial şəbəkələrin rəsmi səhifələrdə əldə etmək olar.

Tarix
2016.10.27 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla