Yuxarı

Dünyanın tanıdığı, sevdiyi Zeynəb - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın tanıdığı, sevdiyi Zeynəb - Video

Bu gün Azərbaycanın görkəmli müğənnisi, SSRİ xalq artisti, Dövlət Mükafatı laureatı Zeynəb Xanlarovanın 80 yaşı tamam olur.

Axar.az xatırladır ki, o, 1936-cı il dekabrın 28-də Bakıda anadan olub. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Elə həmin ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan müğənni Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb.

Xalq artistinin repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev) və şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. O, dünyanın əksər ölkələrində uğurlu konsert proqramı ilə çıxış edib.

“İstiqlal”, “Şöhrət”, “Heydər Əliyev” ordenləri ilə təltif edilən Z.Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Tarix
2016.12.28 / 12:13
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla