Yuxarı

Cabbar Musayev: Elxan mənə paxıllıq etdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elxan Şirinov həmkarı Cabbar Musayevlə küsməsi xəbərlərinə cavab verib.

E.Şirinov bildirib ki, xəstə vaxtlarında C.Musayev onunla maraqlanmayıb: "Maksimalist insanlar nədənsə xoşu gəlməyəndə üz döndərib gedirlər.

O da onlardan biridir. Əgər bir adama sən ürəyini çıxardıb verirsənsə, o ona sahib çıxmalıdır. Mən elə bilirdim ki, mən xəstələnəndə Cabbar mənim yanımdan əskik olmayacaq. O, nələr etdiyimi çox yaxşı bilir. Özü də etiraf edib. Mən yenidən oxumaq istəmirdim. İlahi qismət elədi və mən əvvəlkindən də məşhur oldum. İnsanlar mənim xəstəliyimlə, sənətimlə maraqlanmağa başladılar. Amma o insanların içərisində dostlarımı da axtarırdım.

Öz günahımdır ki, ürəyimdən keçən şeyləri onlar mənə vermədilər. Heç nəyi ummayan bir insan idim, amma o ərəfədə diqqət gözləyirdim. 50 ildə ilk dəfədir ki, bu səpkidə söhbət edirəm. Gərək dost seçəndə hərtərəfli düşünəsən. Mən onlardan küsmürəm. Sadəcə üz çevirib çıxıb gedirəm".

Elxan Şirinovun umu-küsülü qaldığı bəstəkar Cabbar Musayev Şərq-ə ilk dəfə bu inciklikdən danışdı. Maraqlandıq ki, Cabbar Musayev əvvəlki kimi Elxan Şirinovun xətrini istəyirmi? Münasibətlərin soyumasına səbəb nədi:

«Mən yalanı sevən adam deyiləm. Nə Cabbar Musayev əvvəlki kimi Elxan Şirinovun xətrini istəyir, nə də o mənim. Niyə yalandan söz bəzəyək ki? Mən neçə dəfələrlə ona dostluq əlimi uzatmışam, istəmişəm ki, əvvəlki münasibəti qurum, o dostluğu qoruyum, bərpa edim. Çünki ilk növbədə mənim yerlimdi, tonla çörək kəsmişik. Mən kəsdiyimiz çörək xatirinə hər cür şəkildə ona tərəf addım atdım. Mən istədim aradakı inciklik ortadan qalxsın. Biz uzun müddət onunla bir yerdə işləmişdik. Bilirsiz, insanlıq yaxşılığı tapdamaz.

O xəstələnəndə onun ən çətin günlərində iki nəfər yanında olub. Mən, bir də musiqiçi qardaşımız Yaqub Cavadov. Özü də gücümüz çatana qədər ona həm maddi, həm də mənəvi köməyimiz olub. Sadəcə Elxan Şirinovun çətin xasiyyətlərindən biri də odur ki, bu insanın nazı ilə çox oynayasan gərək. Gücüm çatdığı qədər də onun nazı ilə oynadım. Aramızda soyuqluq da yaranandan sonra yenə də onunla münasibəti bərpa etməyə çalışdım. Ona dəfələrlə əlimi uzatdım. O, şərait yaratmadı. Hətta elə məqamlarla qarşılaşdım ki, şoka düşdüm.

Qərara gəldim ki, elə ondan uzaqlaşmaq ən doğru seçimdi. Məni sonda ondan tam uzaqlaşdıran bilirsiz nə oldu? Onun məni təhqir etməsi. Açıqlama vermişdi ki, Cabbar Musayev şükr edib sevinsin ki, onun mahnılarını mən ifa etmişəm. Beş-on nəfər də özü kimi tələbələri tapdı ki, ona şərh yazıb dəstək oldular ki, Cabbar Musayev kim idi? Bu mənə insan kimi təsir etdi. Sənət aləmində belə insanlar az deyil deyə, o qədər əsəbiləşmirəm artıq. Elxan tək olsaydı, daha çox əsəbiləşərdim. Elxan Şirinov bir həqiqəti yaddan çıxarır ki, onun populyar olmasına Allah imkan verib, həm də bəndəsinin vasitəsilə. Həyatda insan həmişə başqa birinin uğur qazanmasında vasitəçi olur. Elxanın da tanınmasında vasitəçi mən olmuşam. Bunu da Allah belə məsləhət görüb.

Elxan, səni tanıyan yox idi. Sən mənim mahnılarımla tanınmısan. Bunu necə dana bilərsən axı? Mən bütün incikliklərə baxmayaraq dəfələrlə ona əl uzatdım, o bu əli rədd etdi. Mən hələ də başa düşə bilmədim ki, nə baş verdi ki, bu soyuqluq yarandı. İnanın, mən kinli insan deyiləm.

Amma özümə dəyər verən insanam. Hətta «Bir Könüldən min könülə» verilişi gedəndə Könüllə qərara gəldik ki, Elxan Şirinovu verilişə dəvət edək. Düşündüm ki, bu, aramızdakı buzları əridər. Ən azı dost da olmasaq, ünsiyyətimiz qalar. Amma Elxan Şirinov buna da imkan vermədi. Bilirsiz, Elxanın məndən soyumasının bir səbəbi var. Bunun bir adı var, qısqanclıq. Elxan Şirinov mənim uğurlarımı qısqandı. Elxan xəstə olduğu müddətdə mən başqa müğənnilərlə iş birliyi də qurmuşdum. Elxan bunu qəbul edə bilmədi. Məni qısqandı. Paxıllıq etdi».

Tarix
2017.01.10 / 21:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla