Yuxarı

Tanınmış jurnalist hamını təəccübləndirdi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış jurnalist hamını təəccübləndirdi - Video

Tanınmış jurnalist Nicat Dağlar oğlu Mirsamirin 10 yaşı münasibətilə ona mahnı həsr edib.

Axar.az xəbər verir ki, “Oğlum” adlı mahnının söz və musiqisi jurnalistin özünə məxsusdur.

Sosial şəbəkədə bu barədə məlumat verən Nicat Dağlar mahnının ərsəyə gəlməsində göstərdiyi köməyə görə əməkdar artisti Aybəniz Haşımovaya təşəkkür edib:

"Xatırlayırsınızsa, bir ağır işin altına girdiyimi yazmışdım. Bax, bu da həmin o iş. Mahnı bəstələmişəm. Musiqisi də, sözləri də bəndənizə aid "Oğlum" mahnısı. Özüm də oxumuşam. Mənə bu işi ərsəyə gətirməkdə köməkliyini əsirgəməyən dəyərli sənətkarımız Aybəniz Haşımovaya sonsuz təşəkkürlər. Mahnıda onun bənzərsiz səsini də eşidəcəksiniz.

Mahnının aranjimanı Rübail Əzimova, çəkiliş və montaj işi isə Məğrur Salmanova məxsusdur. Başda Aybəniz xanm olmaqla, adını çəkdiyim dostların hər biri bu işə ürəyini qoydu. Hər birinə bir daha təşəkkürümü bildirirəm".

Jurnalist qeyd edib ki, Məgrurun səsyazma prosesini çəkmək, montaj etmək və tam hazır vəziyyətə gətirmək üçün cəmi üç gün vaxtı olub: "Odur ki, görüntülərdə texniki xətalar olarsa, lütfən nəzərə alın".

Nicat Dağlar "Oğlum" mahnısını Aybəniz Haşımovaya verdiyini və onun ifasında "Oğlum"un yaşayacağına inandığını da qeyd edib.

Tarix
2017.01.14 / 13:16
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla