Yuxarı

Tanınış bəstəkara efir qadağası qoyuldu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınış bəstəkara efir qadağası qoyuldu

Həkimlər səhhətimlə əlaqədar televiziya verilişlərində iştirakıma qadağa qoyub.

Axar.az xəbər verir ki, bunu azvision.az-a əməkdar incəsənət xadimi, tanınış bəstəkar Tahir Əkbər deyib. Bu yaxınlarda səhhəti pisləşən bəstəkar hazırda özünü yaxşı hiss etdiyini bildirib.

"Hazırda vəziyyətim yaxşıdır. Müalicələrimi davam etdirirəm. Bildiyiniz kimi il yarım əvvəl ağır beyin əməliyyatı keçirmişəm. Beynimi çox yormaq olmaz. Amma həkimlərin tapşırıqlarına əməl etmədim. Normadan artıq işlədim. Elə musiqi əsərləri oldu ki, onları təxirə sala bilmədim. Yaradıclıq çətin prosesdir. Həkim mənə dedi ki, bu qədər işləmək olmaz, artıq dincəlməlisən. Nədənsə həkimin sözünə qulaq asmadım. Nəticədə səhhətimdə problem yarandı. Gördüm ki, artıq dilim söz tutmur. Şükürlər olsun ki, indi yaxşıyam. Ciddi problem yoxdur. Bir az dincəlməyə ehtiyacım var".

Bəstəkar müalicəsi bitdikdən sonra yenidən yaradıcılıqla məşğul olacağını söyləyib:

"Bu yaxınlarda mənə yaxşı iş təklifi ediblər. Səbirsizliklə gözləyirəm ki, yenidən işə başlayım. Ancaq həkimlər televiziyalara çıxmağıma qadağa qoyublar. Dedilər ki, lazım deyil, həyacanlana bilərsən".

Tarix
2017.01.29 / 16:09
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla