Yuxarı

Ölümdən dönən aşıq restoran açdı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölümdən dönən aşıq restoran açdı

Aşıq Azər Xanlaroğlu yeni restoran açıb.

Kult.az xəbər verir ki, Musavat.com-a danışan Azər Xanlaroğlu aşıq və muğam sənətinin dəyərli simalarının həmin məkanda çıxış edəcəyini bidirib:

“Bizim məkan digərlərindən seçilir. Çünki milli ab-havanı yaşadır. Burada muğam və aşıq sənətinin dəyərli simaları çıxış edir. Hər axşam canlı musiqi gecələri təşkil olunur. Həftənin bəzi günləri muğam, bəzi günləri aşıq havaları səsləndirilir. Amma planlarımızda var ki, eyni gün həm muğam, həm aşıq mahnıları təqdim edilsin. Hər axşam sosial şəbəkə vasitəsilə canlı yayım edirik. İnsanlara məkanımız yaşanana maraqlı anları göstəririk”.

Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən A.Xanlaroğlu, səhhətindən də danışıb:

“Səhhətim hazırda normaldır, özümü yaxşı hiss edirəm. Tez-tez həkim müayinəsində oluram. Ayağımda olan şiş isə qalıb, çarəsini tapa bilmirlər. Bir nəfər deyib ki, Ankarada həkim axtarır. Ondan cavab gözləyirəm. Mənə kömək etmək istəyən şəxs Tükiyədə yaşayan azərbaycanlıdır. Həkim tapsa, maddi tərəfi düşünəcəyik. Əsas odur ki, ayağımın çarəsi tapılsın”.

Qeyd edək ki, hepatitdən əziyyət çəkən aşığın ayağında fil xəstəliyi var. Eyni zamanda aşığın qaraciyəri dəyişdirilməlidir.

Tarix
2017.02.02 / 17:39
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla