Yuxarı

Xalq artistinin biabırçılığına tənqidçidən - Şərh

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistinin biabırçılığına tənqidçidən - Şərh

Canəli Əkbərovun öz həmkarlarını kəskin tənqiddən, hətta təhqirdən ibarət müsahibəsi yayımlanıb. Bu məsələdə ədalət tanrısı olmaq fikrim yoxdur.

Kult.az xəbər verir ki, bu sözləri tanınmış tənqidçi Əsəd Cahangir xalq artisti Canəli Əkbərovun həmkarlarını təhqir etməsi haqda Feysbuk səhifəsində yazıb. O, Əkbərovun adlı-sanlı sənətkarlar haqqında ağır ifadələr işlətməsinin düzgün olmadığını bildirib:

“Məncə, istənilən halda Canəli müəllim hisslərini cilovlamalı, adlı-sanlı sənətkarlar barədə nalayiq ifadələrə yol verməməli idi. Çünki özü də adlı-sanlı sənətkarlarımızdan biridir və muğam müsabiqəsində münsif olmaq haqqı var. Amma fikri daha sivil demək olar və bu zaman onun təsiri artar. Canəli müəllim əleyhdarlarına əsil “milli” cavab verib. Yaxşı, bəs, Canəli Əkbərov niyə narazıdır? Çünki sənətkar yoldaşları onun muğam müsabiqəsində münsiflər heyətinə daxil edilməsinin əleyhinədir. Niyə əleyhinədirlər? Çünki onun gənc ifaçılara fərqli münasibəti var. Əsas məsələ də elə budur. Olmazmı müsabiqədə fərqli fikrə də yer verilsin? O zaman müsabiqə daha canlı, daha obyektiv, daha maraqlı keçməzmi? Təkcə muğam müsabiqəsi yox, istənilən müsabiqə bizdə adətən belə keçirilir - beş-altı eyni fikirdə olan adam yığışır, qabaqcadan nəzərdə tutulan bir adamı qalib edirlər. Nəticədə müsabiqə dönür olur müsabiqə oyunu. Odur ki, Canəli Əkbərovun əleyhdarları da məsələyə əsil “milli” münasibət bəsləyir. Niyə biz açıq fikir toqquşmasından bu qədər ehtiyat edirik? Müasir dünyada ünsiyyətin əsas forması dialoq deyilmi?”

Qeyd edək ki, Beynəlxalq Muğam müsabiqəsinin 5 münsif üzvü - xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və Sərdar Fərəcov həmkarları Canəli Əkbərovun muğam müsabiqəsində münsif olmasının əleyhinə çıxıblar. Canəli Əkbərov da Publika.az-a müsahibəsində onları təhqir edib.

Tarix
2017.02.08 / 15:02
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla