Yuxarı

Dünya TV-dən şəhidlərimizə sayğısızlıq

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya TV-dən şəhidlərimizə sayğısızlıq

Fevralın 24-dən 25-ə keçən gecə ermənilər yenə cəbhə xəttində təxribat törətdilər. Bir gecənin içərisində cəbhədən 5 şəhid xəbəri gəldi. Ardı-arası kəsilməyən atışma ilə bağlı məlumatlar bir neçə gün davam etdi. Amma nə yazıq ki, üzücü xəbər gəldiyi bir vaxtda bəzi telekanallarımızda şou və musiqili proqramlar yayımlanırdı.

Məsələn, həmin gecə Dünya TV-nin efirində Natiq Dağlaroğlunun təqdimatında yayımlanan "Gecənin səsi” musiqili verilişinin hər zamankı axarı ilə davam edirdi. Ora dəvət alan müğənnilər və N.Dağlaroğlu çalıb-oynamaqlarından qalmırdılar. Əlbəttə, bu teleşirkətin sayğısızlığı tezliklə sosial şəbəkələrdə də yayıldı və qınaq obyektinə çevrildi. Mətbuat nümayəndələri, media ekspertləri, ictimai şəxslər şəhid verdiyimiz bir zamanda televiziyalarda çal-çağır verilişlərinin efirə getməsini pislədilər.

Hadisə ilə bağlı Şərq.az-a danışan media eksperti Zeynal Məmmədli televiziyaların bu addımının etika, davranış qaydalarına uyğun olmadığını dilə gətirib. Onun sözlərinə görə, belə halların baş verməsinin mənbəyində ictimai qınağın Azərbaycanda lazımi effekt verməməsi dayanır:

"İctimai qınaq elə olmalıdır ki, bu hadisələri tənzimləsin. Bu üsulla televiziyaların belə səhvlərə yol verməsi əngəllənə bilər. İnformasiyanın hər kəsə çatdırılmaması, digər tərəfdən ictimai qınağın olmaması bu həddə gətirib çıxarır. Tamamilə sərbəst olan televiziyalara buna görə irad tutulmadığından, insanların qınağına tuş gəlmədiklərindən çəkinmirlər. Əgər bir dəfə bu barədə televiziya qınanılsa, başqa televiziyalar da çəkinər, bu hala yol verməz”.

Tarix
2017.03.01 / 23:15
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla