Yuxarı

Özcan ermənicə oxudu: qəzəbimizə isə... - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özcan ermənicə oxudu: qəzəbimizə isə... - Video

Türkiyəli müğənni Özcan Dəniz erməni dilində mahnı oxumasına münasibət bildirib.

Kult.az xəbər verir ki, ifaçı sosial şəbəkədə “Mi gna” mahnısının ermənicə olmasından xəbərsiz olduğunu bildirib.

"Mənim bir tərəfim musiqiçidir və heç bir millətin mahnısına düşmən ola bilmərəm. Radioda təsadüfən dinlədiyimiz mahnını hansı dildə olduğunu düşünmədən komandamla birgə ifa edib əyləndik və həmin anları sizinlə paylaşdıq. Çox sonra gələn mesajlardan erməni mahnısı olduğunu öyrəndim və sizin bu mövzudakı həssaslığınızı bildiyim üçün də videonu götürdüm. Biz yunanlarla belə mahnılarımızı bölüşürük. Bizim mədəniyyətimizdə mahnılara qarşı düşmənçilik yoxdur. Mənim ölkəmdə çoxlu sayda erməni olan vətəndaşımız varkən sizin kimi düşünə bilmərəm və düşünmərəm. Biz hamımız bu ölkədə türk vətəndaşı olaraq yaşayırıq. Sənətə, mahnılara, melodiyalara, mədəniyyətlərə düşmənçilik olmaz. Siyasətə qarşı düşmənçilik olar. Mən də nə siyasətçiyəm, nə də siyasi mövqeyi olan sənətçi. Sadəcə azərbaycanlı qardaşlarımızı bu haqlı qəzəblərindən dolayı anlayıram və də həssaslıq göstərirəm. Mən oraya pul qazanmaq üçün konsert və ya film gətirmirəm. Oradakı azərbaycanlı dostlarımızla bərabər türk filmləri ilə sizləri yaxınlaşdırmağa, sosial həyatınızı canlandırmağa çalışıram. Göstərdiyim səylərin xərclərimizin ödənməsindən başqa bir qarşılığı yoxdur. Mən dünyaya türk, kürd, laz, erməni, azərbaycanlı, ərəb, yunan, ingilis deyə baxmaram. Əgər baxsam sənətçi ola bilmərəm. İnsan kimi baxaram və insanlar arasında ayrıseçkilik salan siyasəti də əsla sevmərəm. Aranızda çox cahil və kor kimi baxan insanlar var, bizdə olduğu kimi. Onların təsiri altında olan bir cəmiyyət olmamağımızı istəyirəm. Sizləri sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Sizdən bir çıxarım yoxdur, amma bilin ki, mənim can qardaşımsınız. Biz eyni millətin və eyni torpağın övladlarıyıq".

Tarix
2017.05.17 / 15:26
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla